İsveçin Azərbaycandakı səfirliyi rəsmən fəaliyyətə başladı

İsveç Krallığının Azərbaycandakı səfirliyi martın əvvəlindən rəsmən fəaliyyətə başlayıb.İsveçin Azərbaycandakı səfiri Mikael Erikson APA-ya bildirib ki, səfirlik Bakının mərkəzində, “İSR Plaza”da Norveçin Azərbaycandakı səfirliyinin ofisində yerləşəcək. Səfirliyin strukturu barədə danışan səfir deyib ki, diplomatik nümayəndəlikdə bir diplomat və bir yerli işçi çalışacaq: “Mən isə hələlik Stokholmda olacam”. M.Erikson əlavə edib ki, səfirliyin rəsmi açılışı yazın sonunda - yayın əvvəlində keçiriləcək: “İsveçə səyahət etmək istəyən vətəndaşlar vizanı əvvəlki qaydada, Norveçin Azərbaycandakı konsulluq şöbəsindən əldə edə bilərlər”. Qeyd edək ki, İsveç Ermənistanda da öz diplomatik missiyasını açıb. Səfirliklərin açılması barədə qərarı İsveç hökuməti 2013-cü ilin iyununda qəbul edib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























