• $
  • €
  • ₽
  • ₺
  • £

İlin sonuna kimi Azərbaycanla sülh müqaviləsi imzalana bilər - Paşinyan

İlin sonuna kimi Azərbaycanla sülh müqaviləsi imzalana bilər - Paşinyan
17.10.2023 15:16
2023-cü ilin sonuna kimi Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalaya bilər. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 

"Əgər sadaladığım prinsiplər rəsmən təsdiq olunarsa, o zaman bu ilin sonuna kimi Ermənistan və Azərbaycan arasında sülh və münasibətlərin normallaşdırılması haqqında sazişin imzalanması çox real olacaq”, - Ermənistan mətbuatı Paşinyanın Avropa Parlamentində çıxışına istinad edərək yazıb. 


Oktyabrın 10-da Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması üçün tarixi şərait yaranıb. 
 
Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi üçün razılığı olduğunu qeyd edib. 
 
Bundan əvvəl Rusiya prezidenti Putin də açıqlamasında bildirib ki, Moskva iki ölkənin sülh müqaviləsinin imzalanması üçün dəsətək göstərməyə hazırdır. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib. 
 
Azərbaycan tərəfi sonuncu dəfə sülh sənədini Ermənistana göndərib. Ermənistan tərəfi həmin sənəd üzərində işlədiyini vurğulayıb. 
 
Sentyabrın 28-də Qarabağın separatçı rəhbəri Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən qondarma rejimin ləğv olunması ilə bağlı qərar qəbul edib. 

 
Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol