• $
  • €
  • ₽
  • ₺
  • £

İşçi qrupu Çex Senatının qərəzli qətnaməsinə kəskin etirazını bildirib

İşçi qrupu Çex Senatının qərəzli qətnaməsinə kəskin etirazını bildirib
20.10.2023 21:08
Çex Respublikası Senatının regionumuzda baş verən proseslərə dair qəbul etdiyi qeyri-obyektiv, mövcud reallıqları təhrif edən qətnaməsi təəssüf doğurur. Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, bu qərəzli qətnaməyə qəti etirazımızı bildiririk.

"Report” xəbər verir ki, bu barədə Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bəyanatında deyilir.

"Növbəti dəfə erməni lobbisinin və onun havadarlarının öz yalan iddiaları ilə beynəlxalq ictimaiyyəti aldatmasının şahidi oluruq. Halbuki, işçi qrupu 18-20 oktyabr 2023-cü il tarixlərində Çex Respublikası parlamentində keçirdiyi görüşlərdə Ermənistanın siyasi və hərbi təxribatları, Azərbaycanın sülh təşəbbüsləri, antiterror tədbirlərinin səbəbləri, mahiyyəti və nəticələri, Azərbaycan hökuməti tərəfindən Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üzrə görülən tədbirlər, sosial və humanitar yönümlü fəaliyyətlər haqda çexiyalı həmkarlarını ətraflı şəkildə məlumatlandırmışdır.

Təəssüflər olsun ki, bəzi Avropa ölkələrinin, xüsusilə Avropa Parlamentindəki destruktiv qüvvələrin təsiri və təzyiqi Azərbaycana qarşı bu cür qeyri-obyektiv addımların atılmasına və sənədlərin qəbul edilməsinə rəvac verir. Bu fakt, öz-özlüyündə həmin sənədlərdə irəli sürülən iddiaların nə dərəcədə əsassız olduğunu bariz şəkildə nümayiş etdirir.

Qəbul edilmiş qətnamə bir sıra məqamlarına görə xüsusilə narazılıq doğurur. Azərbaycanın Qarabağ bölgəsinin adının təhrif edilməsini ölkəmizin ərazi bütövlüyünə qarşı atılmış addım kimi qəbul edirik. Çex Respublikası Senatına BMT-nin ixtisaslaşmış qurumlarının bölgəyə iki dəfə səfər etdiyini və mülki əhaliyə qarşı heç bir zorakılıq hallarının baş vermədiyini öz hesabatlarında da təsdiqlədiklərini xatırlatmaq istərdik.

Qətnamədə mədəni və tarixi abidələrə zərər yetirilməməsi ilə bağlı səsləndirilən çağırışa münasibətdə isə bildiririk ki, Azərbaycanda bütün mədəni və dini abidələr heç bir ayrı-seçkilik edilmədən dövlət tərəfindən qorunmaqdadır. Biz, öz növbəmizdə, çexiyalı həmkarları Ermənistanın həm 30 il ərzində işğal altında qalmış torpaqlarımızda, həm də indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus yüzlərlə tarixi, mədəni və dini abidəni yerlə-yeksan etməsi məsələsinə diqqət yetirməyə çağırırıq.

Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, Çex Respublikası Senatının qəbul etdiyi bu qətnaməni bir daha qətiyyətlə rədd edirik”, - bəyanatda vurğulanır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol