• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik edir - İcma

Fransa Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik edir - İcma
22.10.2023 10:27
Fransanın müdafiə nazirinin Ermənistanla ən yaxın zamanda silah sazişinin imzalanacağı barədə açıqlaması ciddi narahatlıq doğurur.

Bu barədə Qərbi Azərbaycan icmasının bəyanatında bildirilir.

Qərbi Azərbaycan İcması hesab edir ki, Fransanın Ermənistana silah satması, ilk növbədə, Azərbaycana qarşı düşmənçilikdir. Bundan başqa, Fransa müxtəlif beynəlxalq təşkilatlarda da Azərbaycana qarşı çirkin fəaliyyətini davam etdirir.

Fransa tərəfindən Ermənistana silah verilməsi bu ölkədə revanşizmin güclənməsinə, regionda gərginliyin artmasına xidmət edir. Açıq-aşkar görünür ki, regionda sülhün bərqərar olması rəsmi Parisə heç cür sərf etmir. Fransa Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməyə çalışır və bunun üçün Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik edir. Bu ölkə XXI əsrdə belə hələ də müstəmləkə təfəkküründən, "Şərq xristianlığına dəstək” kimi irqçi yanaşmadan əl çəkə bilmir.

"Əminik ki, Fransa "vasitəçilik” səylərində tam məğlubiyyətə uğradığı kimi, Ermənistanın silahlandırılması siyasətində də uğursuzluğa düçar olacaq. Cənubi Qafqaz regionu Fransasız daha gözəl görünür, - deyə bəyanatda qeyd olunur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol