• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Pakistanın Rusiyadakı səfirləri görüşüb

Azərbaycan və Pakistanın Rusiyadakı səfirləri görüşüb
25.10.2023 20:16
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Pakistan İslam Respublikasının bu ölkəyə yeni təyin olunmuş səfiri Muhammad Xalid Camalini ilə görüşüb.

Bu barədə səfirlikdən məlumat verilib.

Görüşdə Polad Bülbüloğlu həmkarını təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Söhbət zamanı Polad Bülbüloğlu Azərbaycanın Rusiya Federasiyasında akkreditə olunmuş diplomatik korpusun duayeni qismində fəaliyyəti, Rusiya XİN-i ilə birgə təşkil edilən çoxsaylı görüş və mədəni tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.

Azərbaycanla Pakistan arasındakı münasibətlərə toxunan diplomat iki dövlət arasında strateji əməkdaşlığın, o cümlədən mövcud siyasi dialoqun yüksək səviyyəsini qeyd edərək, bu münasibətlərin ölkələrimizin Rusiyadakı diplomatik nümayəndəliklərinin qarşılıqlı fəaliyyətinə fayda verəcəyinə əminliyini bildirib.

Öz növbəsində səfir Polad Bülbüloğlu Azərbaycan ərazisində qeyri-qanuni erməni silahlı qüvvələrinin yaratdığı təhdidləri qeyd edib, erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirilən lokal xarakterli antiterror tədbiri barədə məlumat verib.

Polad Bülbüloğlu Pakistanın Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyinə verdiyi dəstəyə, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə dost və qardaş Pakistanın nümayiş etdirdiyi birmənalı mövqeyə görə təşəkkürünü ifadə edib.

Bununla yanaşı, səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işləri barədə həmkarına ətraflı məlumat verib.

Səfir Muhammad Xalid qəbula görə təşəkkürünü bildirərək, Azərbaycanın və Pakistanın Rusiyadakı səfirlikləri arasında qarşılıqlı faydalı əməkdaşlığın davam etməsi və genişlənməsi işinə öz töhfəsini verəcəyini vurğulayıb.

Diplomat Azərbaycan ərazilərinin işğaldan azad olunması və əldə olunan Qələbə münasibətilə təbrikini çatdırıb, Pakistan xalqı və hökumətinin daim Azərbaycana dəstək olduğunu qeyd edib, bu günə kimi Pakistanın Ermənistanla diplomatik münasibətlər qurmadığını diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Pakistanın səfiri maraqlı və faydalı görüşə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.

Görüşün sonunda səfir Muhammad Xalid Camaliyə Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə çap edilmiş "Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol