• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əsədov Qaribaşvili ilə görüşüb

Əli Əsədov Qaribaşvili ilə görüşüb
26.10.2023 18:41
Oktyabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tbilisiyə işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Nazirlər Kabinetindən verilən xəbərə görə, Əli Əsədov Gürcüstan paytaxtında keçirilən Tbilisi İpək Yolu Forumuna dəvətə görə təşəkkürünü bildirdi, regional və qlobal gündəlikdə duran iqtisadi və nəqliyyat məsələlərinin müzakirəsi baxımından tədbirin əhəmiyyətini vurğulayıb.

Görüşdə iki ölkə arasında dövlətlərarası əlaqələrin inkişafından məmnunluq ifadə olundu, Prezident İlham Əliyevin və Baş nazir İrakli Qaribaşvilinin birgə səyləri nəticəsində strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli xarakter aldığı bildirilib.

Tərəflər ticarət-iqtisadi əməkdaşlığı təqdir edərək cari ilin 9 ayında qarşılıqlı ticarətin həcminin 12%-dən çox artdığını vurğuladılar.
İnvestisiya əməkdaşlığının artırılmasının vacibliyi qeyd olunaraq Azərbaycanın Gürcüstanın ən böyük investorlarından biri olduğu məmnunluqla vurğulanıb. Həmçinin ölkəmizdə əlverişli investisiya mühiti barədə məlumat verilib.

Enerji sektoru ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biri kimi qiymətləndirildi. Bildirildi ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi layihələri həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi tərəqqisinə mühüm töhfə verir.

Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələrinin Cənubi Qafqazın transformasiyasına xidmət etdiyi, regionun siyasi, iqtisadi, nəqliyyat və enerji xəritəsini dəyişdiyi bildirilib.

Tərəflər hər iki ölkənin ərazilərindən keçən nəqliyyat dəhlizlərinin potensialının genişləndirilməsinə böyük əhəmiyyət verdiklərini təsdiqləyərək Orta Dəhlizin artan əhəmiyyətini xüsusi vurğulayıblar.
Azərbaycan və Gürcüstandakı dəniz limanları Orta Dəhlizin mühüm halqaları kimi qiymətləndirildi. Liman infrastrukturu sahəsində əməkdaşlığın genişləndirilməsinin Orta Dəhlizin inkişafına xidmət edəcəyinə əminlik ifadə olunub. Eyni zamanda hər iki ölkənin iştirakı ilə həyata keçirilən "Yaşıl enerji dəhlizi" layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyi bildirilib.
Əli Əsədov Gürcüstanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin geniş qeyd edilməsinə görə təşəkkürünü bildirib. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin oktyabrında Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr edilmiş fotosərginin təşkil edilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı iki ölkə arasında həyata keçirilən konkret layihələr nəzərdən keçirildi, qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol