• $
  • €
  • ₽
  • ₺
  • £

Asim Mollazadədən Qarabağ müharibəsi iştirakçılarının statusu ilə bağlı təklif

Asim Mollazadədən Qarabağ müharibəsi iştirakçılarının statusu ilə bağlı təklif
04.03.2014 14:20

Millət vəkili Asim Mollazadə 4 mart tarixində keçirilən Milli Məclisin plenar iclasında çıxış edib.

ANN.Az-ın verdiyi xəbərə görə, Asim Mollazadə çıxışında bildirib:

"Dünən daha bir ABŞ ştatı İndiana Xocalı ilə bağlı qətnamə qəbul edib. Hesab edirəm ki, Azərbaycan dövlətinin artan səyləri və genişlənən imkanlarıyla biz dünya ictimaiyyətini Xocalı faciəsi ilə bağlı məlumatlandırırıq. Siyasi dairələrin, xarici dövlətlərin diqqətini bu faciəyə yönəltmək çox vacibdir və biz öz səylərimizi daha da gücləndirməliyik ki, BMT tərkibində beynəlxalq hərbi tribunalın yaradılmasına və Xocalı qətliamını törədənlərin cəzalandırılmasına nail olaq. Azərbaycan dövləti Türk-Azərbaycan cəmiyyətlərini bu işə yönəltmək və sistemli fəaliyyət üçün çalışmalarını gücləndirməlidir. Bizim məqsədimiz Xocalı faciəsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. 

Beynəlxalq təşkilatlar nəhayət başa düşməlidirlər ki, keçmiş Sovet İttifaqındakı millətlər arasındakı münaqişələr ilk dəfə Qarabağda başlayıb. Dünya BMT-nin qətnamələrini heçə saydığı vaxta qədər belə cinayətlər törədilməkdə davam edəcək. Bu gün Qarabağdakına bənzər hadisələr Krımda baş verir, ondan əvvəl Moldovada və Gürcüstanda baş vermişdi. Biz dünyanı hüquq bərabərliyi prinsipinin bərpa olunmasına çağırmalıyıq və bu prinsipin həyata keçirilməsi Qarabağdan başlamalıdır".

Asim Mollazadə parlament üzvlərinin diqqətini Qarabağ müharibəsi veteranlarının ehtiyaclarına yönəldib. "Biz çox istərdik ki, Qarabağ müharibəsi veteranları, əlilləri Səhiyyət nazirliyinin verdiyi statusdan daha çox yararlansınlar. SSRİ dövründə hər bir xəstəxanada, poliklinikada II Dünya Müharibəsi veteranları üçün xüsusi bir şöbə var idi ki, bundan müharibə iştirakçıları yararlanırdılar, onlar pulsuz müalicə edilir, dərmanla təmin edilirdilər. Bu gün belə imkanlardan Qarabağda qanı axan əsgər və zabitlər də yararlanmalıdır. 

Hər bir müharibədə döyüşlərin getdiyi ərazidə və ətraf ərazilərdə yaşayan sakinlər ciddi stressə məruz qalırlar. Onlar həyatlarını itirmək təhlükəsiylə üzləşirlər, bu stress onları uzun illər tərk etmir. Azərbaycanda Qarabağ müharibəsi vetaranları və əlillərinə, o cümlədən cəbhə xəttində yaşayan sakinlərə dəstək üçün xüsusi şöbənin yaradılması mütləqdir", - Asim Mollazadə Milli Məclisdəki çıxışında bildirib. 

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol