• $
  • €
  • ₽
  • ₺
  • £

Siyavuş Novruzov ABŞ Dövlət Departamentinin hesabatını yalan adlandırdı

Siyavuş Novruzov ABŞ Dövlət Departamentinin hesabatını yalan adlandırdı
28.05.2020 19:23
Azərbaycanın hakim partiyasını təmsil edən deputat ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı müddəalara kəskin etiraz edib.APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, 10 il əvvəl nə yazılıbsa, indi də hesabatda həmin yazılanlar təkrar olunub. O qeyd edib ki, hesabatda Azərbaycanın işğal olunan əraziləri ilə bağlı bir fikir səsləndirilib, o da tamamilə qərəzli formadadır: “Orada qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu hələ də Ermənistan separatçılarının köməyi ilə işğal altındadır. Yazılmayıb ki, həmin ərazilər Ermənistan dövlətini himayə edənlərin gücü nəticəsində işğal altındadır. Digər tərəfdən, Azərbaycanda insan hüquqlarının qorunması ilə məşğul olan erməni mənşəli insanlar tərəfindən yalan, böhtan, şər xarakterli məlumatların hamısı hesabatda dərc olunub. Bu cür ikili standartlarla məsələyə yanaşdıqda, başqa yerdə də başqa hadisələr baş verir. Çünki Ermənistandakı seçkilərlə Azərbaycandakı seçkiləri müqayisə etmək olmaz. Çünki ölkəmizdə azad, ədalətli və şəffaf seçkilər keçirilib. Ancaq Ermənistanda prezidentliyə namizədliyini irəli sürən insana qarşı terror aktı törədildi. Hesabatda qeyd edirlər ki, İlqar Məmmədov prezidentliyə namizəd idi. Yalanın böyüklüyünə bir baxın. İlqar Məmmədov həmin vaxt həbsxanada idi. O, nə vaxtdan prezidentliyə namizədliyini vermişdi?! Prezidentliyə namizəd olmaq üçün müəyyən statuslar mövcuddur. İlqar Məmmədovun hansı statusu var? Buna görə də hesabatda yer alan bütün fikirlər yalandır”. Spiker Oqtay Əsədov isə deyib ki, həmin qurumlar Azərbaycanı sevmirlər: “Bəli, sevmirlər və neynəyək ki, bizi sevmirlər? Nə qədər problemlər həll olunsa da, yenə də ikinci bir məsələ ortaya çıxaracaqlar. Lakin onların qaldırdığı məsələ öz-özlüyündə həll olunacaq. Biz bu kimi məsələləri güc yolu ilə həll edə bilmərik. Hər kəs şahidi olacaq ki, bu kimi problemlər yavaş-yavaş öz həllini tapacaq”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol