• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyəti bəyanat yaydı

Azərbaycanın Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyəti bəyanat yaydı
27.10.2023 23:08
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin oktyabrın 26-da Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı qəbul etdiyi bəyannamədə ölkəmizə qarşı əsassız ittihamları və qərəzli münasibəti qətiyyətlə rədd edirik.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyətinin bəyanatında yer alıb.

Azərbaycan nümayəndə heyəti bəyanatda bildirir ki, ölkəmizin Avropa Şurasına üzv olduğu uzun müddət ərzində Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalı altında olmuş, bir milyona yaxın azərbaycanlı Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində məcburi köçkünə çevrilmişdir. Lakin ötən dövrdə bu məsələlər Konqresdə heç vaxt xüsusi olaraq müzakirə olunmamış, beynəlxalq hüququn kobud şəkildə pozulması və onun humanitar nəticələri ilə bağlı açıq şəkildə heç bir mövqe ortaya qoyulmamışdır. Bundan başqa, 2020-ci ildən sonrakı postmünaqişə dövründə Azərbaycanın üzləşdiyi humanitar problemlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yüzlərlə yaşayış məntəqələrinin tamamilə dağıdılmasına, ərazilərin kütləvi şəkildə minalarla çirklənməsinə və bütün bunların azərbaycanlı məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına təsirinə diqqət yetirilməmişdir.

Bütün bunların fonunda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycanın öz suveren ərazilərində qeyri-qanuni erməni silahlı birləşmələrinin mövcudluğundan irəli gələn təhlükəsizlik təhdidinin aradan qaldırılması məqsədilə 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərini təhrif edən bəyannamə qəbul etməsi dərin təəssüf doğurur. Bundan başqa, Azərbaycanın regionda davamlı sülhün bərqərar olması və Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiyası istiqamətində göstərdiyi ardıcıl səylər, habelə Ermənistanın həmin səyləri sarsıtmağa yönəlmiş təxribatçı fəaliyyəti Konqresin bu bəyannaməsində lazımi səviyyədə tanınmamışdır.
Bu baxımdan, Konqresi Azərbaycana qarşı məkrli siyasi kampaniyaya sürükləməsini və ölkəmizlə bu qurum arasında konstruktiv əməkdaşlığa xələl gətirməsini məsuliyyətsizlik hesab edirik.
 
Azərbaycan nümayəndə heyəti olaraq, ölkəmizə qarşı göstərilən bu ədalətsiz yanaşmanı tam şəkildə rədd edir və Konqresi regionumuzda sülh prosesi ilə bağlı lazımi ehtiyatlı davranış sərgiləməyə və ciddi şəkildə öz mandatı çərçivəsində hərəkət etməyə çağırırıq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol