• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistana qarşı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırılıb - Nazir müavini

Ermənistana qarşı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırılıb - Nazir müavini
30.10.2023 15:02
Rəsmi Bakı min səhifəlik subutlara əsaslanan sübutlarla İrəvana qarşı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırıb. Bunu xarici işlər nazirinin müvaini Elnur Məmmədov deyib. 
 
"Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın qanunsuz hərbi işğalı ilə bağlı sübutlar var. Söhbət insanlığa qarşı  cinayətlərdən gedir. Azərbaycan xalqına qarşı törədilən bu cinayətlər sadəcə olaraq hansısa təsadüfi, xaotik şəraitdə törədilmiş qanunsuz əməllər deyil, həm də etnik ədavət və radikal millətçi ideoloji xətt üzərində qurulub”, - nazir müavini oktyabrın 30-da Azərbaycanlılara Qarşı Nifrət Cinayətləri və Nifrət Nitqi  Hesabatının Təqdimatı konfrasında deyib.
 
Nazir müavini vurğulayıb ki, bu tip cinayətlərə bir neçə il ərzində baxılacaq. 
 
Azərbaycanda İkinci Qarabağ Müharibəsi 2020-ci ilin sentyabrın 27-də başlayıb. 44 günlük davam edən müharibədə Azərbaycan Ordusunu bir sıra rayonları döyüş şəraitinda azad edib. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Rusiya və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli bəyanat imzalayıb. 
 
Bəyanatın imzalanmasından sonra Ermənistanla Azərbaycan arasında dəfələrlə gərginlik vəziyyəti yaranıb. Qarabağda qalan erməni təxribatçıları Azərbaycan Ordusununa qarşı təxribatlar törədib. 
 
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirilməsi barəsində qərar qəbul edib. Bir gün sonra Qarabağdakı separatçı rejim ağ bayraq qaldıdaraq təslim olub. 
 
Rəsmi Bakı bəyan edib ki, silahı yerə qoyub təslim olan hərbçilər üçün Azərbaycan dəhliz yaradaraq onların Ermənistana keçməsi üçün şərait yaradacaq. 
 
Qondarma rejim sentyabrın 26-da açıqlama verərək bildirib ki, yanvarın 1-dən sepratçı rejim ləğv olunur və Qarabağ əhalisinə reinteqrasiya olması üçün təklifləri təqdim edib. 
 
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol