• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin sədri Valentina Matviyenko ilə görüşüb

Milli Məclisin sədri Valentina Matviyenko ilə görüşüb
16.11.2023 18:06

Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstan Respublikasına işgüzar səfəri çərçivəsində Bişkekdə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Ölkələr arasında iqtisadi, siyasi, humanitar sahələrdə münasibətlərin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edilib. Dövlət başçılarının müntəzəm görüşlərinin və müzakirələrinin münasibətlərimizin daha da genişlənməsində əhəmiyyətli rolu qeyd olunub. Bu mənada Azərbaycan və Rusiya prezidentlərinin ötən ay Bişkekdə keçirilən görüşünün də önəmi ifadə edilib.

Valentina Matviyenko ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, regionlar arasında münasibətlərin inkişafının önəmini vurğulayıb, həmçinin böyük infrastruktur layihələrinin reallaşdırılmasının müzakirə edildiyini diqqətə çatdırıb.

Federasiya Şurasının sədri, ölkələr arasında münasibətlərin inkişafında qanunverici orqanların da rolunu diqqətə çatdırıb.
Görüşdə spiker Sahibə Qafarova regionda mövcud olan vəziyyət barədə geniş məlumat verib. O, 2020-ci ildə Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra Ermənistana suverenlik və ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsi imzalanmasını təklif etdiyini xatırladaraq, əlavə edib ki, Ermənistan bu müqaviləni imzalamaqdan boyun qaçırmaq üçün bütün vasitələrə əl atıb, Üçtərəfli Bəyanat ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib, siyasi və hərbi təxribatlar törədib, Azərbaycan ərazilərinin minalanmasını davam etdirib, ərazilərimizdəki qanunsuz rejimi dəstəkləməyə davam edib.

Spiker diqqətə çatdırıb ki, bütün bu təxribatlara cavab olaraq, Azərbaycan bu ilin sentyabr ayında 24 saatdan az davam edən lokal antiterror tədbirləri həyata keçirib və ölkəmiz nəticədə öz suverenliyini bərpa edib. Antiterror tədbirləri zamanı yalnız qanunsuz hərbi birləşmələr və hərbi infrastruktur hədəf olub və mülki əhali və obyektlərə heç bir zərər dəyməyib. Regiona səfər edən BMT-nin iki missiyası da bu faktı təsdiq edib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan regionda daimi sülh və təhlükəsizliyin təmin olunmasını istəyir və sülh müqaviləsinin imzalanması regionda davamlı sabitlik və təhlükəsizliyin yaranmasına gətirib çıxaracaq. Təəssüf ki, Ermənistan Azərbaycanın təklif etdiyi sülh sazişini imzalamaq əvəzinə, ölkəmizə qarşı beynəlxalq platformalarda çirkin kampaniya aparır, uydurma ittihamlarla beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır. Spiker bəzi dövlətlərin Ermənistanın yalanlarına istinad edərək, Azərbaycana qarşı bu yalan kampaniyasına qoşulmasından təəssüfünü ifadə edib, bunun yolverilməz olduğunu bildirib.

Sahibə Qafarova ölkələrimiz və qanunverici orqanlarımız arasında münasibətlərin mövcud vəziyyəti barədə də fikirlərini ifadə edib. O, Milli Məclisin sədri kimi Rusiya Federasiyasına rəsmi səfərlərini, həmçinin, bu il Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Moskvada keçirilən tədbirlərdə iştirakını məmnunluqla xatırladaraq, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə və Ulu öndərin şəxsiyyətinə göstərilən dərin hörmət və ehtiramın təqdir olunduğunu və bunun xalqlarımız arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğunu bildirib
Sahibə Qafarova görüşdə həmçinin iki ölkə arasında parlamentlərarası münasibətlərə də toxunaraq ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus rolunu vurğulayıb. Bildirilib ki, bu sahədə həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qruplarının, həmçinin Milli Məclis və Federal Məclis arasında daimi fəaliyyət göstərən ikitərəfli parlamentlərarası komissiyanın işi təqdirəlayiqdir. Beynəlxalq tədbirlər isə əməkdaşlıqla bağlı məsələlərin müzakirəsinə imkan verir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol