Rəsmi Bakıdan USAİD direktoruna cavab

Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin Ermənistana miqrasiyasını məcburi köç adlandırmaq əsassız və ədalətsizdir.
Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "X” hesabında yazıb.
Ayxan Hacızadə Samanta Pauerin regiona səfəri zamanı Ermənistana miqrasiya etmiş ermənilərlə görüşdüyünü, lakin növbəti gün Ermənistanın təcavüzü nəticəsində fundemanetal hüquqlarından məhrum edilmiş azərbaycnalı qaçqın və məcburi köçkünlələrlə görüşdən imtina etdiyini xatırladıb:
"Təxminən 30 illik işğal boyunca sayı 10 dəfə çox olan azərbaycanlı qaçqın və məcburi köçkünlərin üzləşdiyi ağır vəziyyəti öyrənmək üçün bir dəfə də olsun USAİD rəhbərliyi səviyyəsində ziyarət baş tutmayıb”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























