• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
22.11.2023 20:38

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi və əlaqələrin perspektivləri, İƏT-in gələn il keçiriləcək Zirvə Görüşünə və digər yüksək səviyyəli tədbirlərə hazırlıq məsələləri və bu çərçivədə ölkəmizin planları, habelə bölgədə cari vəziyyət müzakirə olunub.

Ceyhun Bayramov Təşkilatla qurulan sıx əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayıb. Baş katibin Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində təşkilatın Əmək Mərkəzinin Bakıda açılışının təşkilat çərçivəsində münasibətləri daha da irəli aparacağı qeyd olunub.
Aparılacaq birgə işlərin əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol