• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclis Avropa Parlamentinin hesabatları ilə bağlı bəyanat verib

Milli Məclis Avropa Parlamentinin hesabatları ilə bağlı bəyanat verib
30.11.2023 19:09

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin noyabrın 29-da qəbul etdiyi illik hesabatlarla bağlı bəyanat verib.

Bəyanatda deyilir:
"Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da "Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi”, həmçinin "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul edilən illik hesabatlarında Azərbaycanla bağlı öz əksini tapmış beynəlxalq hüquqa zidd, qeyri-etik, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş gülünc və qərəzli fikirləri qətiyyətlə rədd edir.
Hesabatda çoxlu sayda köhnəlmiş, hətta artıq Ermənistanın belə istifadə etmədiyi terminologiyanın yer alması onu deməyə əsas verir ki, Avropa Parlamentinin bölgədəki reallıqlardan heç bir anlayışı yoxdur. Avropa Parlamentində olan həmkarlarımıza xatırladırıq ki, "Dağlıq Qarabağ münaqişəsi”, "Laçın dəhlizi” kimi artıq keçmişdə qalmış məsələlərə istinad olunması tamamilə məntiqsizlikdir.
Avropa Parlamentinin deputatlarının Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan ərazisində yerləşdirilməsi ilə bağlı çağırışı təhlükəli geosiyasi rəqabətin Cənubi Qafqaz regionuna gətirilməsi cəhdi kimi yolverilməzdir və onların bəlli dairələrin Azərbaycana qarşı düşmənçilik fəaliyyətində alətə çevrildiyini göstərir.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin, xüsusilə Ermənistan silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması ilə bağlı öhdəliyin məhz Ermənistan tərəfindən yerinə yetirilməməsi bu hesabatların müəlliflərinə çox yaxşı məlumdur. Bununla belə, bu müddət ərzində Ermənistanın dağıdıcı əməlləri Avropa Parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən pislənilməmişdir.
Qəbul edilmiş sənədlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağda antiterror tədbirləri çərçivəsində öz suverenliyini bərpa etməsinin hərbi təcavüz adlandırılması, habelə Azərbaycanın beynəlxalq normaları pozduğunu iddia edərək ona qarşı sanksiyaların tətbiqinə çağırışların yer alması Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin məsələlərə ikili standartlar, dini və etnik simpatiya əsasında yanaşmasının, korrupsiyaya bulaşmasının bariz göstəricisidir. Azərbaycan özünün suveren ərazilərində "boz zona”ya son qoyulması məqsədilə əməliyyat aparmağa görə heç kimdən icazə almır.
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri ilə bağlı narahatlıqlarını ifadə edən, onların hüquqlarının pozulduğunu iddia edən komitə Ermənistandan, habelə vaxtilə işğal edilən Azərbaycan ərazilərindən yüz minlərlə azərbaycanlının qovulmasına, Xocalı soyqırımının törədilməsinə və Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamasına susmaqla Azərbaycanofobiya və İslamofobiya siyasətlərini bir daha sübut etmiş oldular.
Qarabağda guya ermənilərə aid olan mədəni irsin qorunmasını utanmadan təşviq edən, özlərini "demokratiya keşikçiləri” sayan deputatlara məsləhət görərdik ki, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə və saxtalaşdırmağa yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllərinə diqqət yetirsinlər. Uzun illər ərzində Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsə qarşı törədilmiş kulturisidin araşdırılması üçün bu ölkəyə YUNESKO missiyasının göndərilməsini tələb etsinlər.
Avropalı deputatlar öz məsuliyyətsiz hərəkətləri ilə Azərbaycanın tarixi qələbəsi nəticəsində bölgədə yaranmış və beynəlxalq hüquqa tam uyğun olan yeni reallıqlar əsasında sülh prosesinə əngəllər törədirlər.
Sözügedən sənədlərdə deputatların enerji sahəsində anlaşmanı və Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqları dayandırmaq istiqamətində çağırışlarına gəldikdə isə, avropalı həmkarlarımız başa düşməlidirlər ki, Azərbaycanla hədə-qorxu dili ilə danışmaq, onu təhdid etmək heç bir nəticə verməyəcəkdir.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin hazırladığı sözügedən kağız parçalarının heç bir hüquqi qüvvəsinin və çəkisinin olmadığını bildirir və Azərbaycan əleyhinə fəaliyyətə son qoyulmasını tələb edir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol