• $
  • €
  • ₽
  • ₺
  • £

PA rəsmisi: “Gənclər təşkilatlarına dövlət xüsusi dəstək verir”

PA rəsmisi: “Gənclər təşkilatlarına dövlət xüsusi dəstək verir”
01.03.2014 12:13

"Azərbaycanda QHT sektorunda gənclər təşkilatlarına dövlət tərəfindən xüsusi dəstək verilir".APA-nın verdiyi məlumata görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 2013-cü ildəki fəaliyyəti ilə bağlı yekun konfransında Prezident Administrasiyası (PA) ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Gənclər Fondunun Müşahidə Şurasının sədri Tahir Süleymanov söyləyib. T. Süleymanov deyib ki, Gənclər Fondu II və III qrant müsabiqəsi çərçivəsində 501 layihənin dəstəklənməsinə 3, 6 milyon manat ayırıb. Layihələr çərçivəsində olimpiadalar, müsabiqələr, bilik yarışları, konfranslar və simpoziumlar keçirilib. O qeyd edib ki, QHT sektorunda ən çox layihələr həyata keçirən gənclər təşkilatlarıdır: “Gənclər təşkilatlarına Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstək verilir”. T. Süleymanov QHT sektorunda əksər layihələrin icrasının yüksək səviyyədə olduğunu, ancaq bəzi layihələrin icrasında problemlərə, müqavilə şərtlərinin pozulması hallarına rast gəlindiyi də bildirib.ANN.Az 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol