Hərbi hissədə insident olub - Azərbaycanda

Azərbaycanda əsgərin əlində mina alışdırıcısı partlayıbAPA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 20 yaşlı Elmir Əkrəm oğlu Hüseynlinin əlində piyada əleyhinə minanın alışdırıcısı partlayıb. Nəticədə iki barmağını itirən əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Qeyd edək ki, E. Hüseynli İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























