• $
  • €
  • ₽
  • ₺
  • £

Arkanzas ştatı Senatının binası qarşısında Azərbaycan bayraqları - FOTO

Arkanzas ştatı Senatının binası qarşısında Azərbaycan bayraqları - FOTO
27.02.2014 21:02
Arkanzas-Türk Dünyası dostluq günü çərçivəsində Arkanzas ştatı Kapitoli binasının (Arkanzas ştatı Senatı və Nümayəndələr Palatasının yerləşdiyi bina) qarşısında təntənəli şəkildə Azərbaycan və Türkiyə bayraqları ucaldılıb.Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, ABŞ-ın Arkanzas ştatının paytaxtı Litl Rok şəhərində “Amerikalı və Avrasiyalıların Turkuaz Şurası” (Turquoise Council of Americans and Eurasians) adlı ABŞ türk icması təşkilatı tərəfindən Arkanzas-Türk Dünyası dostluğuna həsr olunmuş ziyafət təşkil olunub. Tədbirdə Arkanzas ştatının dövlət katibi Mark Martin, Arkanzas ştatı Senatı və Nümayəndələr Palatasının çoxsaylı üzvləri, Arkanzas ştatından digər rəsmilər iştirak edib. Azərbaycanı tədbirdə Vaşinqtondakı səfirliyimizin müşaviri Məmməd Talıbov təmsil edib. M.Talıbov çıxışında Azərbaycanla ABŞ arasında strateji xarakter daşıyan tərəfdaşlıq, regionun liderinə çevrilmiş Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi irimiqyaslı layihələrin həyata keçirilməsində önəmli rolu barədə, həmçinin Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsi barədə danışıb. Azərbaycanlı diplomat regiondakı təhlükəsizliyə təhdid olan yeganə problemin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qaldığını vurğulayaraq, münaqişə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bu kontekstdə o, Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və ölkəmizin ABŞ-la strateji əməkdaşlığına davamlı dəstəyə çağıran qətnamənin qəbul edilməsinə görə Arkanzas Senatı üzvlərinə təşəkkürünü bildirib. Azərbaycan təmsilçisi xalqımızın 26 fevral tarixində erməni təcavüzkarları tərəfindən Xocalı şəhərinin işğalı zamanı törədilmiş qətliamın 22-ci ildönümünün qeyd etdiyini bildirərək, Arkanzas ştatının keçən il Xocalı qətliamını tanıyan ABŞ ştatlarına qoşulmasına görə tədbir iştirakçılarına minnətdarlığını bildirib. O qeyd edib ki, son zamanlar bir sıra ölkə və ABŞ ştatları tərəfindən Xocalı qətliamının tanınması ədalətin bərqərar olacağına ümid etməyə imkan verir. Azərbaycan nümayəndəsi Arkanzas ştatı dövlət katibi, Senat və Nümayəndələr Palatasının üzvləri ilə görüşlər də keçirib. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol