• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa vətəndaşı ilə bağlı yayılan bəyanat əsasssızdır - Azərbaycan XİN

Fransa vətəndaşı ilə bağlı yayılan bəyanat əsasssızdır - Azərbaycan XİN
10.01.2024 09:05
Fransa vətəndaşının əsassız olaraq Azərbaycanda tutulması ilə bağlı Fransanın yaydığı bəyanat əsassızdır və qanuni təhqiqat prosesinə müdaxilədir. Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib. 
 
Fransa Xarici İşlər Nazirliyi Azərbaycandan respublikada saxlanılan fransızı azad etməyi tələb edib.
 
"Azərbaycan tərəfi sözügedən Fransa vətəndaşı barəsində tədbirlər görərkən milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə tam olaraq əməl edib. Şübhəli bilinən şəxs tutulandan etibarən Fransa səfirliyinin konsulluq əməkdaşları ona bir neçə dəfə baş çəkib və onlar cinayət işindən tam məlumatlıdırlar. Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyinin qeyd edilən şəxsin Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvalamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqda əməkdaşlıqdan imtina edib. Bununla əlaqədar, səfirliyin bu iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan ediliblər. Biz bir daha, Fransa tərəfini Azərbaycanın daxili işlərinə və qeyd olunan təhqiqat tədbirlərinə müdaxiləni dayandırmağa şiddətlə çağırırıq", - Hacızadə yerli mətbuata açıqlamasında bildirib. 
 
Fransa vətəndaşı Martin Rian 4 dekabrda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək saxlanılıb.. Onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Bundan əvvəl Qərb mətbuatında məlumat yayılmışdı ki, 2023-cü il dekabrın əvvəlində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar və həbslər nəticəsində Fransa xüsusi xidmət orqanlarının geniş kəşfiyyat şəbəkəsi Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan isə Azərbaycanda, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində ifşa olundu.

Qısa müddətdə onlarla fransız casusu müəyyən edilib ki, onların bəziləri o dövrdə və ya ondan əvvəl Azərbaycanda fəaliyyət göstərmiş, bəziləri isə müxtəlif ölkələrdə və mötəbər beynəlxalq təşkilatlarda gizli fəaliyyətlərini davam etdiriblər. 
 
Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, səfirliyin iki əməkdaşı "persona-non-grata” elan edilib. Bir gün sonra Fransada Azərbaycan səfirliyinin 2 diplomatı arzuolunmaz şəxs elan olunub.
 
Deputat Tahir Kərimli təklif edib ki, Fransa rəsmi qaydada qeyri-dost ölkə elan edilsin. 
 
Gülnar Nazimqızı 
 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol