• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvan Qərbdən məsləhət aldığı üçün Azərbaycanla münasibətləri normallaşmır - Lavrov

İrəvan Qərbdən məsləhət aldığı üçün Azərbaycanla münasibətləri normallaşmır - Lavrov
18.01.2024 15:20
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşma istiqamətində irəliləyişin olmaması Qərbdən məsləhətlər alan rəsmi İrəvanın mövqeyi ilə bağlıdır.  Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov  Rusiya diplomatiyasının 2023-cü il üzrə yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. 

"Hörmət etməyimə baxmayaraq  bunun səbəbini  İrəvanın mövqeyində görürəm", - Rusiya XİN rəhbəri uyğun suala cavabında deyib. 

"İrəvana kimin məsləhət verdiyini bilmirəm. Amma  onu deyə bilərəm ki, biz Avropa İttifaqı, Fransa, Almaniya və ABŞ Rusiya-Ermənistan-Azərbaycan arasında marşrutların açılması,  sərhədlərin müəyyənləşdirilməsi, sülh müqaviləsinin hazırlanması istiqamətində  gedən prosesin nəticə  verdiyini duyan kimi müdaxilə etməyə və spoyler rolunu oynamağa başladılar”, - Lavrov söyləyib.

Rusiya xarici siyasət idarəsinin rəhbəri Qərbin münasibətlərin normallaşdırılması üzrə danışıqlara müdaxiləsi kontekstinə toxunaraq deyib ki,  2003-cü ildə Rusiya vasitəçilik rolu oynayıb, Kişinyov və Tiraspol arasında memorandumun mətnini razılaşdırıb, hətta bu sənəd paraflanıb. Lakin saziş Avropa İttifaqının Moldovaya təzyiqi səbəbindən imzalanmayıb. 


"Həmçinin 7 il əvvəl Minsk razılaşmaları yerinə yetirilsəydi, Ukrayna problemi həll oluna bilərdi. Lakin Qərb buna imkan vermədi", - Lavrov deyib.
 
Bundan əvvəl Azərbaycan Prezidenti yerlə televiziya kanallarına müsahibəsində bildirib ki, yanvarda delimitasiya məsələsinin müzakirəsi üçün Azərbaycan və Ermənistan arasında yaradılan komissyaların görüşü nəzərdə tutulur. 
 
Yanvarda Ermənistanla Azərbaycanın xarici işlər nazirlərinin yanvarda ABŞ-da görüşməsi ilə bağlı razılıq əldə olunub. 
 
Bundan əvvəl Ermənistanın xarici işlər naziri təklif edib ki, Bakı ilə İrəvan arasında sülh sazişi "3+3" formatında Türkiyə və İranın iştirakı ilə imzalana bilər. 
 
Dekabrın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan televiziyasında müsahibəsində bildirib ki, Ermnistanla 2024-cü il görüşlərin keçirilməsinə ümid edir. 

Nazir bildirib ki, sülh müqaviləsi sənədi ilə bağlı noyabrda Ermənistan aldıqları təkliflər paketini işləyərək Ermənistana göndəriblər.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, son 3 ayı Ermənistanla Azərbaycan arasındakı münasibətləri ən sakit dövr hesab etmək olar. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçətərfli bəyanata əsasən dayandırılıb. Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağda lokal antirerror əməliyyatları keçirib. Bundan sonra Qarabağda olan bütün ərazilərə nəzarətin bərpası Azərbaycan tərəfinə keçib. 
 
N.Təbrizli 
 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol