• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev hansı halda sülh bağlanacağından danışıb

Əliyev hansı halda sülh bağlanacağından danışıb
14.02.2024 18:26
Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasa sülh müqaviləsi olmayacaq. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.

"Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”, -  dövlət başçısı Milli Məclisdə andiçmə zamanı çıxışnda bildirib.

Prezident vurğulayıb ki, Azərbaycan Orudusu öz gücünü döyüş meydanında göstərib və Ermənistana hərbi dəstək verənlər Azərbaycanın nəyə qadir olduğunu anlamalıdır.

Əliyev bu ilin büdcəsində də hərbi xərclərin artırıldığını diqqətə çatdırıb.



Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında Azərbaycan,Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatdan sonra dayandırılıb. Qarabağa müvəqqəti Rusiya sülhməramlıları yerləşdirilib. Buna baxmayaraq 2 ölkənin sərhəddində dəfələrlə gərginlik vəziyyəti yaranıb.Azərbaycan tərəfi 2023-cü ilin sentyabrında Qarabağda lokal antiterror əməliyyatı keçirtmək qərarı verib. Bundan sonra Qarabağda qalan Ermənistan ordusu könüllü olaraq ağ bayraq qaldıraraq təslim olub və Qarabağda bütün nəzarəti Azərbaycan Orudusu bərpa edib. Separatçı rejimin saxta "rəsmiləri" isə Bakıya gətirilərək onlar barəsində həbs qərarı verilib.
 
Gülnar Nazimqızı.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol