• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov müşavirə keçirib

Zakir Həsənov müşavirə keçirib
24.02.2024 11:24
Fevralın 24-də general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində növbəti xidməti müşavirə keçirilib.

Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.


Müdafiə naziri yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra andiçmə mərasimində, eləcə də  Türkiyəyə  rəsmi səfəri zamanı fevralın 19-da Ankarada Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata birgə bəyanatlarda  İlham Əliyev tərəfindən səsləndirilən fikirlərin Azərbaycan Ordusuna verilən yüksək qiymət, eyni zamanda, Azərbaycan ordusunun inkişafı ilə bağlı qarşıya qoyulan mühüm tapşırıqlar olduğunu müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

General-polkovnik Zakir Həsənov Əliyevin rəhbərliyi ilə  Azərbaycan Ordusunda hərbi təhsil, silahlanma, təminat-təchizat və digər istiqamətlərdə aparılan uğurlu islahatların gedişatından danışıb və bu işlərin bundan sonra da mərhələli şəkildə davam etdirilməsinin vacibliyini qeyd edib.

Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib, məruzələr dinlənilib.

2024-cü ildə Azərbaycanda, Türkiyədə və digər ölkələrdə keçirilməsi planlaşdırılan birgə təlimlərin şəxsi heyətin təcrübə mübadiləsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, qoşunların döyüş hazırlığının daha da yüksəldilməsinə müsbət təsir edəcəyi xüsusi vurğulanıb.

Müdafiə naziri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiya prosesinə həssaslıqla yanaşılması, xidmət dövründə şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məsələlərinin diqqət mərkəzində saxlanılması və xidmət müddətini başa vurmuş gənclərin yola salınması ilə bağlı göstərişlər verib.

General-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, eləcə də çətin relyefli, sərt iqlim və dağlıq ərazilərdə təminat yollarının, rabitə və kommunikasiya xətlərinin daima  işlək vəziyyətdə saxlanılmasının və təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Nazir tərbiyəvi və ideoloji işin planlı şəkildə aparılması, mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi, həmçinin hərbi intizamın daim yüksək səviyyədə saxlanılması ilə bağlı tələblərini komandir heyətinin diqqətinə çatdırıb.

Sonda bölmələrin döyüş hazırlığının və şəxsi heyətin fərdi peşəkarlığının daha da artırılmasına xüsusi diqqətin yetirilməsi, eləcə də  2024-cü ildə qarşıda duran digər vəzifələrin yüksək keyfiyyətlə icrası ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə göstərişlər verilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol