Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

Ermənistan ordusu Azərbaycan Ordusunun Kəlbəcər istiqamətdəki mövqelərini yenidən atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub",- məlumatda deyilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























