• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Braziliya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Braziliya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
29.02.2024 22:37

Fevralın 29-da Bakı şəhərində Azərbaycan Respublikası və Braziliya Federativ Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin 4- cü raundu keçirilib.Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Braziliya nümayəndə heyətinə isə Braziliya Xarici Əlaqələr Nazirliyinin baş katibi (nazirin birinci müavini) xanım Maria Laura da Roşa rəhbərlik edib.

Görüşün əvvəlində xanım Maria Laura da Roşa yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvanın adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış təbrik məktubunu təqdim edərək, ali ünvan sahibinə çatdırılmasını xahiş edib.

Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, turizm və humanitar sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, xüsusilə təhsil, mədəniyyət, kənd təsərrüfatı, gömrük işinin təşkili, sərmayələrin təşviqi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, bu sahələrdə müqavilə-hüquq bazasının yaradılmasına qarşılıqlı dəstək ifadə olunub.

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bu xüsusda cari ildə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı fikir mübadiləsi aparılıb və bu əlamətdar tədbirin həm ikitərəfli, həm də COP Üçlüyü ("Troika”) çərçivəsində əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacağı diqqətə çatdırılıb. Bu xüsusda ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsi barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Qarşı tərəf cari ilin noyabr ayında Braziliyanın sədrliyi ilə keçiriləcək "Böyük İyirmiliyin” (G20) Sammiti qarşısında duran hədəflər və bu xüsusda Braziliyanın prioritetləri barədə məlumat verilib.

Görüşdə post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycanın sülh gündəliyi və bu xüsusda bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verilib.

Siyasi məsləhətləşmələr zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol