• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq yazıçısından Ermənistan prezidenti ilə bağlı təklif

Xalq yazıçısından Ermənistan prezidenti ilə bağlı təklif
24.02.2014 14:00
“Fransızlar Strasburq və ətrafını Almaniyanın işğalından 1919-cu ildə, 48 il sonra azad etdi. O ərazilərə cəmi 200 ailə qayıtdı, çünki nəsillər dəyişmişdi. Torpaqlarımızın işğalından 26 il keçib, bir yeni nəsil böyüyüb. Daha 20 il keçsə, o torpaqlara kim qayıdacaq? Biz gənclərə necə deyəcəyik ki, işğal altındakı torpaqlarımızın azadlığı uğrunda döyüşsün?”APA-nın verdiyi məlumata görə, bunu bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı beynəlxalq konfransda xalq yazıçısı Çingiz Abdullayev söyləyib. Azərbaycan torpaqlarının işğalı nəticəsində dəyən zərərin hesablanmasını təqdir edən Ç.Abdullayev mənəvi zərərin hesablanmasının mümkün olmadığını vurğulayıb: “Atam 81 yaşında vəfat edib. Əgər Ağdam işğal altında olmasaydı, daha çox yaşayardı. Mənim xalam oğlu Şuşada öldürülüb. Bu mənəvi zərər necə hesablanacaq?” Ç.Abdullayev qeyd edib ki, əsas cinayətkar indiki Ermənistan rəhbərliyi, prezidenti Serj Sərkisyan, sabiq prezident Robert Köçəryan, hazırkı müdafiə naziri Seyran Ohanyandır: “Xocalı barədə danışanda Serj Sərkisyan özü deyib ki, bütün ermənilərin dinc əhalini də qıra biləcəyini dünyaya sübut etdik. Niyə Serj Sərkisyanı Haaqa Məhkəməsinə vermirik? Bu, Hərbi Prokurorluğun deyil, siyasətçilərin işidir. Yaxud Seyran Ohanyan 366-cı alayın zabiti olub, Xocalı soyqırımın törədilməsində iştirak edib, indi Ermənistanın müdafiə naziridir. O insanlar bizimlə danışıqlara gəlməyəcəklər. Siyasətçilərimiz onları Haaqa Məhkəməsinə verməlidir. 6 il keçib, 50 il də gözləməliyik ki, 3 nəsil də böyüsün, heç kəs ora qayıtmaq istəməsin? Beynəlxalq təşkilatlar əslində bizə kömək etmirlər, bizi dolayırlar. Bu məsələ bizim nə qədər güclü olmağımızdan, güclü ordumuzun olmasından asılıdır. Bunun üçün isə çoxlu kitab oxumalı, biliklərə yiyələnməli, inkişaf etməliyik. İnkişaf nəticəsində problemlərimizin həllinə nail ola biləcəyik”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol