Nazirlərin üçtərəfli göründə Bakı bəyannaməsi imzalanıb - Yenilənib

Azərbaycan, Türkiyə Gürcüstan xarici işlər nazirləri arasında Bakı bəyannaməsi imzalanıb. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında deyib.
"Azərbaycan, Türkiyə və Gürcüstan arasında olan əməkdaşlıq nümunəvi münasibətlərdir. Hər üç ölkənin beynəlxalq platformalar çərçivəsində bir-birini dəstəkləməsi siyasi dialoqa töhfə verən amildir. Bu gün imzalanan Bakı bəyannaməsi əlaqələrin inkişafına daha da töhfə verəcək”, - Ceyhun Bayramov vurğulayıb.
10:21
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan Respublikası xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçirilir.
Üçtərəfli görüş çərçivəsində Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























