• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda ilk şəhidləri verməyimizdən 26 il ötür

Qarabağda ilk şəhidləri verməyimizdən 26 il ötür
29.05.2020 10:15
1988-ci il fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edilir. Sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və Ermənistanın hakimiyyət orqanlarına müraciət olunur. Həmin vaxt ermənilər Xankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirlər. İrəvandakı doqquz cümə məscidindən qalmış sonuncu məscid - şəhərin bəzəyi olan Göy məscid də yandırılıb dağıdılır. Fevralın 21-də Sovet İttifaqı KP MK-nın Siyasi Bürosunda Stepanakertdən göndərilən məsələnin müzakirəsinə başlanılır. SSRİ-nin ilk və sonuncu prezidenti olan Mixail Qorbaçov ali və yerli qanunvericiliyin tələblərinə, xüsusilə SSRİ-nin imzaladığı beynəlxalq sənədlərə məhəl qoymadan regionda sülh və sabitliyin bərpasına, müttəfiq respublikaların ərazi bütövlüyünün təminatına yönəldilməli olan tədbirlər görmək, separatçıların qərarına sərt reaksiya vermək əvəzinə, əksinə, onların üzlərinə güldü.Belə bir məqamda Azərbaycan rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olur, SSRİ rəhbərliyindən ədalətsizliyə son qoyulmasını tələb edirdi. Hadisələrin şahidi, o vaxt Xankəndi televiziyasında çalışan Hidayət Vəliyev danışır ki, ermənilər hədlərini aşırdılar, hər gün bizi təhqir edir, dalaşır, mitinq keçirir, Qarabağın Ermənistana birləşməsini tələb edən şüarlar səsləndirirdilər: “Hərəkətverici qüvvələri kilsə rəhbərləri idi, hər pisliyin altından din xadimləri çıxırdı. Azərbaycanlılar işə gedib-gələ bilmirdilər, çörək almaq üçün dükana gedəndə də təzyiqlərlə üzləşirdilər. Bir neçə gənc çətinliklə də olsa Ağdama gəldik, qarşı tərəfə etiraz olaraq mitinq planı hazırladıq. Fevralın 21-də həmin mənfur qərar SSRİ Ali Sovetində müzakirə olunmalı idi. Bakıdan da xəbərlər gəlirdi ki, orada da mitinqlər başlayıb. Fevralın 21-i səhər saatlarında Ağdamın mərkəzində minlərlə insan toplaşmışdı. Qonşu rayonlardan, hətta Qazaxdan, Tovuzdan da gələnlər vardı. Havanın şaxtalı olmasına baxmayaraq, kütlə, xüsusən cavanlar bir-birinin ardınca Əsgərana doğru hərəkət etdi. Təbii ki, silahsız-sursatsız. Əli və Bəxtiyar kimi yüzlərlə gənc Qarqar çayı boyu Əsgərana yürüş etdi. Yürüş edənlərin məqsədi dava salmaq yox, yaranan anlaşılmazlığa son qoymaq idi.Dağlıq Qarabağ erməniləri yaxşı silahlanmışdılar. Azərbaycanlı ziyalılar erməniləri nə qədər dinc söhbətə, mehriban qonşuluğa səsləsələr də, xeyri olmadı. Onlar getdikcə azğınlaşır, Qarabağın Ermənistan ərazisi olduğunu bildirirdilər. Beləliklə, mitinqçilərlə separatçılar arasında başlanan gərginlik getdikcə məcrasını dəyişirdi. H.Vəliyev xatırlayır: "Bir gün əvvəldən başlayan mitinq fevralın 22-də günortaya çəkdi. SSRİ Ali Sovetindən gələn xəbərlər də ürəkaçan deyildi. Soyuq adamı qılınc kimi kəssə də, tərəflər alovun üstündəki körüyü xatırladırdılar. Günortaya yaxın vəziyyət nəzarətdən çıxmışdı. Əli ilə Bəxtiyar da mitinqçilər sırasında idilər və haqsızlığa qarşı var səsləri ilə hayqırırdılar. Azğın düşmən tərəfdən açılan qəfil atəşlə Əli Hacıyev və Bəxtiyar Quliyev bir-birinin ardınca qarın üstünə yıxıldılar. Biz o gün iki oğlumuzu millətimiz uğrunda fəda etdik”.Fevralın 22-də hakimiyyətin qadağalarına baxmayaraq, Bakıda da ilk ümumxalq mitinqi keçirilir. Xalq Moskvadan ədalətli olmasını, problemə son qoyulmasını istəyirdi. Ölkə rəhbərliyindən isə tələb olunurdu ki, Qarabağda baş verən hadisələr xalqdan gizlədilməsin, hakimiyyət problemin ciddiliyini qəbul edib tədbir görsün, Qarabağda insanları silah-sursatla təmin etsin.//Anspress
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol