• $
  • €
  • ₽
  • ₺
  • £

BMT Baş Assambleyası islamofobiya ilə mübarizəyə dair qətnamə qəbul edib

BMT Baş Assambleyası islamofobiya ilə mübarizəyə dair qətnamə qəbul edib
15.03.2024 20:44
BMT Baş Assambleyası islamofobiya ilə mübarizədə atılacaq addımlara dair qətnamə qəbul edib.

"Report” xəbər verir ki, Pakistanın BMT-dəki daimi nümayəndəliyinin səsverməyə təqdim etdiyi sənəd 44-ü bitərəf olmaqla 115 səslə keçib.

Azərbaycan da qətnaməni dəstəkləyib və səsvermədə iştirak edərək lehinə səs verib.
Sənəddə son illərdə dünyada artan islamofobiya, dövlət və özəl sferalarda insanlara qarşı dinə və əqidəyə görə zorakılıq hallarının aradan qaldırılmasında bəzi hallarda cəzasızlığın, bəzi hallarda isə cavabdehliyin olmamasından dərin narahatlıq əksini tapıb və maarifləndirmə üçün lazımı səylərin göstərilməsinin vacibliyini vurğulanıb.

Martın 15-nin İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında elan olunub. BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol