• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan XİN ABŞ-ı ittiham etdi

Azərbaycan XİN ABŞ-ı ittiham etdi
21.02.2014 14:32
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın ATƏT yanında Daimi Nümayəndəsinin ATƏT-in Daimi Şurasının fevralın 20-də keçirilən iclasındakı çıxışında Azərbaycan Respublikasının QHT-lər haqqında qanuna son əlavə və dəyişikliklərə dair tənqidi bəyanatına münasibət bildirib.Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-nın sorğusuna cavabında deyib ki, Azərbaycan Respublikasının Konstitusiyası və İnsan hüquqları haqqında Avropa Konvensiyası, ATƏT və Avropa Şurası çərçivəsindəki öhdəliklərə uyğun olaraq hazırlanmış qeyri-hökumət təşkilatları haqqında qanuna son əlavə və dəyişikliklər QHT-lər, Azərbaycan Respublikasının Milli Məclisi, Ədliyyə Nazirliyi və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəyə çıxarılıb. E. Abdullayev qeyd edib ki, əlavə və dəyişikliklərin əsas məqsədi QHT-lərin fəaliyyətində və xüsusilə onların maliyyələşməsində şəffaflığın artırılması, korrupsiya elementlərinin aradan qaldırılması və QHT-lərin vətəndaş cəmiyyətinin inkişafına xidmət edən təsisat kimi rolunun gücləndirilməsindən ibarətdir: “Bu xüsusda biz QHT-lərə müraciət edərək onları Azərbaycan Respublikasının qanunları çərçivəsində şəffaf və açıq, eləcə də korrupsiya və qanunsuz maliyyələşmə metodlarından azad şəkildə fəaliyyət göstərməyə qətiyyətlə çağırırıq”. E. Abdullayevin sözlərinə görə, Azərbaycan tərəfindən bu sahədə bir sıra mühüm işlərin görüldüyü və eyni zamanda QHT-lər haqqında qanuna son əlavə və dəyişikliklər edilməklə QHT-lərin fəaliyyətinin hüquqi bazasının möhkəmləndirildiyi və şəffaflığın artırıldığı halda, ABŞ tərəfindən səsləndirilmiş bu bəyanatda qərəzli yanaşma və siyasi təzyiq cəhdləri özünü göstərir. Xatırladaq ki, fevralın 20-də ABŞ-ın ATƏT-dəki səfiri Deniel Bayer ATƏT Daimi Şurasının iclasında Azərbaycanda QHT-lər haqqında qanuna son əlavə və dəyişiklikləri tənqid edib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol