• $
  • €
  • ₽
  • ₺
  • £

BMT ali komissarı qaçqın və məcburi köçkünlərin problemlərindən danışdı

BMT ali komissarı qaçqın və məcburi köçkünlərin problemlərindən danışdı
20.02.2014 21:32
Balkanlar və Cənubi Qafqazdakı münaqişələrdən sonra Avropada məcburi köçkünlərlə bağlı problem həll olunmamış qalmaqdadır. APA-nın məlumatına görə, bunu BMT-nin qaçqınlar məsələsi üzrə ali komissarı Antonio Quterreş bəyan edib.  Bu gün Vynada ATƏT Daimi Şurasının iclasında çıxış edən A.Quterreş diqqəti qaçqın və məcburi köçkünlərlə bağlı problemlərə yönəldib. “Yalnız siyasi iradə və tələb olunan resurslar məcburi köçkün olan minlərlə insanın problemini həll edə bilər”, - deyə o vurğulayıb. A.Quterreş qaçqın və məcburi köçkünlərin müdafiəyə ehtiyac duyduqlarını qeyd edib. Ali komissar Suriyada qaçqınlarla bağlı mövcud problemə də toxunub. O, digər ölkələrdə sığınan suriyalı qaçqınlara yardım göstərilməsinin vacibliyini vurğulayıb. 

A.Quterreşin çıxışını şərh edən ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer də qeyd edib ki, Qərbi Balkanlar, Orta Asiya və Cənubi Qafqazda məcburi köçkünlərlə bağlı mövcud problem narahatlıq doğuran məsələdir. “Ali komissarın ofisi (UNHCR) 2010-cu ilin iyununda etnik zəmində baş vermiş toqquşmalardan əziyyət öz evlərini tərk etmək məcburiyyətində qalmış 170 min nəfərin reinteqrasiyası ilə bağlı Qırğızıstan hökumətinə yardım göstərməkdə davam edir. Gürcüstan və Azərbaycanda da həll olunmamış münaqişələr nəticəsində xeyli sayda məcburi köçkün var. Onların təhlükəsizliyin bərpa olunması uğrunda mübarizəsi bu münaqişələrin tezliklə həllinin zəruriliyini göstərir”, - deyə D.Baera vurğulayıb.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol