Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub", - açıqlamada deyilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























