• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Mehdiyev "Xocalı faciəsi"ndən danışdı

Ramiz Mehdiyev "Xocalı faciəsi"ndən danışdı
19.02.2014 21:07
 “Alman filosofu Karl Yaspers 1949-cu ildə “Tarixin məğzi və təyinatı” adlı əsərində belə bir fikir ifadə edib: “Keçmişin dəhşətlərinin unudulmasına yol vermək olmaz. Hər zaman keçmişi xatırlatmaq lazımdır. Bu baş verib, mümkün olub və baş vermə ehtimalı hələ də qalır. Yalnız məlumatlı olmaq bunun qarşısını ala bilər. Təhlükə bilmək istəməməkdə, unutmağa çalışmaqda, bütün bunların baş verdiyinə inanmamaqdadır”. Elə tarixi hadisələr var ki, onlar haqqında nə qədər yazılsa da, insan aqressiyasının hədsiz əzab və ağrıya gətirib çıxartması, müəyyən qruplaşmaların siyasi maraqlarının Srebrenitsa və Xocalı hadisələri kimi faciələrə yol açması faktına görə getdikcə daha çox acı və təəssüf hissi keçirirsən”. APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Facebook” səhifəsində yazıb. R. Mehdiyev qeyd edib ki, Ermənistan prezidenti Serj Sarkisyanın və onun ətrafında olanların insanlığa qarşı cinayətləri təkcə Xocalı hadisələri ilə məhdudlaşmır. Xocalı soyqırımından öncə Azərbaycanın bir çox kəndləri, o cümlədən, Xocalı rayonunun Kərkicahan kəndi, Əsgəran rayonunun Meşəli kəndi, Xocavənd rayonunun Qaradağlı kəndi, Qazax rayonunun Bağanis-Ayrım kəndi xüsusi amansızlıqla yer üzündən silinib: “Amma məhz Xocalı faciəsi erməni xalqının siyasi başçılarının və erməni kilsəsinin azərbaycanlılara qarşı 200 ilə yaxındır, həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin dəhşətli rəmzinə çevrildi. Xocalıda dinc əhaliyə qarşı soyqırımının törədilməsi məhz Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən dünya ictimaiyyətinə soyuqqanlılıqla hazırlanmış və həyata keçirilmiş “intiqam aktı” kimi təqdim edildi. Belə ki, Xocalı üzərinə 1992-ci ildə həyata keçirilmiş hücum 1988-ci ilin fevralında baş vermiş, faktiki olaraq Ermənistanın xüsusi xidmət orqanları və diasporu tərəfindən SSRİ DTK-nin səssiz razılığı ilə təşkil olunmuş Sumqayıt hadisələrinin ildönümü ilə eyni vaxta təsadüf edir. Çox təəssüf ki, bəzən parlamentlər, hökumətlər və müəyyən beynəlxalq təşkilatlar soyqırımı aktı ilə müşayiət olunan Xocalı faciəsinə göz yumur. Erməni təbliğatının təsiri altına düşərək, və ya siyasi konyunkturaya uyğun olaraq, onlar “erməni qətliamı” haqqında uydurmanı diskussiya mövzusuna çevirir, hətta bununla bağlı qeyri-obyektiv və ədalətsiz qətnamələr də qəbul edirlər”. Hələ SSRİ Prokurorluğu tərəfindən həyata keçirilən təhqiqatlar zamanı “isti izlərlə” 26-sı erməni və 6-sı azərbaycanlı olmaqla, 32 nəfərin qətlə yetirildiyi Sumqayıt hadisələrini törədənlərin məhz ermənilərin olması ilə bağlı təkzibolunmaz sübutların aşkar olunmasına baxmayaraq, bu proses davam etməkdədir. İstintaq materiallarında cinayətlərin təşkilatçısı qismində əslən erməni olan Eduard Qriqoryanın və onun iki qardaşının - erməni emissarlarının, adı hallanır. SSRİ Prokurorluğunun topladığı materiallara əsasən, məhz Eduard Qriqoryan və onun qardaşı Ernest Qriqoryan müxtəlif kriminal ünsürlərdən ibarət qruplaşmaları separatçı “Qarabağ” Komitəsinin və “Krunk” Erməni Cəmiyyətinin fonduna pul köçürməkdən imtina edən ermənilərin yaşadığı ünvanlara göndəriblər. “İsti izlər”lə aşkarlanmış təkzibolunmaz sübutların olmasına baxmayaraq, erməni tərəfi bu günə qədər faktları təhrif etməklə, sənədləri saxtalaşdırmaqla və başqa çirkli üsullara əl atmaqla, öz yalanını gerçəklik kimi təqdim etməyə çalışır. Bütün günahları rəsmi Bakının boynuna atmaqla, Ermənistan faktları saxtalaşdırmaqda davam edir və bu zaman yaddan çıxarır ki, reallığı unutmaq yolunda keçmişin istənilən təhrifinin qiyməti gələcəkdir”. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol