• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə üçtərəfli görüş başa çatdı - FOTOLAR

Gəncədə üçtərəfli görüş başa çatdı - FOTOLAR
19.02.2014 14:05
14:05Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Gəncə şəhərində keçirilən üçtərəfli görüş başa çatıb.APA-nın qərb bürosunun xəbərinə görə, hazırda nazirlər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşürlər. Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirəcəyi və Gəncə Bəyannaməsi qəbul edəcəyi gözlənilir. Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bu gün Azərbaycana gəliblər. Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin əvvəlcə ikitərəfli, sonra isə üçtərəfli görüşləri keçirilib.-------11:46Gəncə şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin təkbətək formatda üçtərəfli görüşü başlayıb.APA-nın yerli müxbirinin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, təkbətək formatda görüşdən sonra geniş tərkibdə görüş olacaq. Nazirlərin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşü də nəzərdə tutulub. Daha sonra mətbuat konfransı keçiriləcək. Bu gün Gürcüstanın Gəncədə yeni konsulluq binasının açılış mərasimi də olacaq. Nazirlərin açılış mərasimində iştirakı gözlənilir.  Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bu gün Azərbaycana gəliblər. Gəncədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə üç ölkə XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol