• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibə Qafarova Çin nümayəndələri ilə görüşüb

Sahibə Qafarova Çin nümayəndələri ilə görüşüb
30.04.2024 20:41
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Azərbaycan ilə Çin arasında münasibətlərin yüksək inkişaf dinamikası ilə səciyyələndiyi və çox yüksək səviyyədə olduğu qeyd olunub. Xüsusilə son zamanlar münasibətlərin inkişafında böyük intensivliyin müşahidə olunduğu vurğulanıb.
 
Azərbaycan ilə Çin arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirən Milli Məclisin sədri ölkələrin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiklərini qeyd edib. Bildirilib ki, ölkələrimiz üçün xüsusi əhəmiyyət daşıyan məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan hər zaman birmənalı olaraq "vahid Çin” siyasətini, onun ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.
 
Söhbət zamanı iki ölkə arasında münasibətlərin dərinləşməsində parlamentlərin də vacib rolu qeyd edilib. Vurğulanıb ki, parlamentlərimizdə fəaliyyət göstərən dostluq qrupları əlaqələrimizdə körpü rolunu oynayır. Həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində parlamentlərarası əlaqələrin genişləndirilməsi imkanları mövcuddur.
 
Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin öz növbəsində qeyd edib ki, ölkələr arasında əlaqələr dövlət başçılarının rəhbərliyi ilə sabit inkişaf yolu keçib. Ölkə rəhbərləri arasında mövcud olan şəxsi dostluq əlaqələrinin münasibətlərə təkan verdiyi qeyd olunub.
 
Parlamentlərarası əlaqələrin əhəmiyyətini qeyd edən qonaq Çin Xalq Assosiasiyasının xarici ölkə parlamentləri ilə əlaqələrin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.Assosiasiya bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. Parlamentin üzvü kimi dostluq qruplarında təmsil olunduğunu bildirən Yan Vanmin bu sahədə işə böyük əhəmiyyət verdiyini, Azərbaycan parlamenti ilə daha sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduğunu qeyd edib.
 
Görüşdə humanitar və mədəni sahələrdə əməkdaşlıq əlaqələrinin dərinləşməsinin xalqlar arasında əlaqələrin daha da inkişafına xidmət etdiyi, elm, mədəniyyət, gənclər siyasəti sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirilib. Diqqətə çatdırılıb ki, mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsi Heydər Əliyev Fondu və Çin Xalq Assosiasiyası arasında münasibətlərdir. Onların birgə həyata keçirdiyi layihələr xalqlarımızın yaxınlaşmasına, əlaqələrin güclənməsinə töhfə verir.
 
Yan Vanmin rəhbərlik etdiyi Assosiasiyanın 150 ölkədən 500-dən çox qurumla əməkdaşlıq etdiyini bildirərək vurğulayıb ki, Heydər Əliyev Fondu bu regionda Assosiasiyanın ən yaxın tərəfdaşıdır.
 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol