• $
  • €
  • ₽
  • ₺
  • £

Drezdenin ictimai nəqliyyatında Xocalı soyqırımı kadrları göstəriləcək

Drezdenin ictimai nəqliyyatında Xocalı soyqırımı kadrları göstəriləcək
17.02.2014 22:29
Almaniyada yaşayan azərbaycanlılar bu ölkənin ictimaiyyətini 22 il əvvəl ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqda məlumatlandırmaq məqsədilə müxtəlif tədbir və aksiyalar keçirir.Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Almaniyada Saksoniyanın inzibati mərkəzi olan Drezden şəhərində fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti Drezdendə şəhərdaxili və şəhərətrafı istiqamətlərdə hərəkət edən ictimai nəqliyyat vasitələrində (avtobus və tramvaylarda) Xocalı soyqırımını əks etdirən çarxların nümayişini təşkil edib. Nəqliyyat vasitələrində quraşdırılmış monitorlarda fevralın 15-i və 16-da hər gün 24 saat ərzində hər 5 dəqiqədən bir 20 saniyəlik Xocalı videoçarxı göstərilib. Videoçarxda Azərbaycan bayrağı fonunda Xocalı və faciənin baş verdiyi tarix  26.02.1992 yazılır. Daha sonra „Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı faciəsinin qurbanlarını anır“, „Qətlə yetirilənlər: 613. Uşaqlar: 83. Ailə: 8“, „Azərbaycana qarşı insanlıq faciəsi“ yazıları bir-birini əvəz edir. Videoçarxın nümayişi fevralın 25, 26 və 27-də də gün ərzində davam etdiriləcək. Bu aksiya ilə yanaşı, Drezdendə Xocalı soyqırımında həlak olanların xatirəsinin anım mərasimi də təşkil olunub. Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad  edildikdən sonra Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ağahüseyn Babayev qətliam haqqında  qonaqlara ətraflı məlumat verib. Daha sonra tədbirdə Saksoniyanın Xaricilərlə İş üzrə  Şurasının deputatı, həmyerlimiz Azad Məmmədov və xanımı D.Weisgerber almanca çıxış edərək Xocalı soyqırımının dünyaya tanıdılmasının və qəbul etdirilməsinin vacibliyini vurğulayıblar. Onlar həmçinin hazırda işğalçı Ermənistanın başında duran Sarkisyanın bu soyqırımında  bilavasitə iştirakı və törətdiyi insanlığa sığmayan cinayət əməllərini qəhrəmanlıq kimi qələmə verməyi qəti şəkildə pisləyiblər. Qeyd edək ki, Xocalı qurbanlarının xatirə gecəsində Almaniyada yaşayan soydaşlarımızla yanaşı, alman ictimaiyyətinin nümayəndələri və digər xalqların təmsilçiləri də iştirak edib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol