Ərdoğan Azərbaycanla bağlı mühüm sənədi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol”u təsdiqləyib.Bu barədə məlumat "Resmi Gazete”də yayımlanıb.
Sözügedən protokol ötən il aprelin 29-da Samsun şəhərində imzalanıb. Sənəd Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin həmin dövrdə ticarət naziri olan Mehmet Muş tərəfindən imzalanıb.
Prezident İlham Əliyev 2023-cü ilin iyul ayında bu sənədi təsdiqləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























