• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan əsilli diplomata ATƏT-də vəzifə verildi

Azərbaycan əsilli diplomata ATƏT-də vəzifə verildi
14.02.2014 14:53
Fransalı diplomat Aleksis Şahtaxtinski ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi vəzifəsinə təyin olunub.ATƏT-in mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, diplomat vəzifəsini martın 1-dən etibarən icra etməyə başlayacaq. A. Şahtaxtinski təyinatı ilə bağlı açıqlamasında bildirib ki, qarşılıqlı hörmət və etimad əsasında Azərbaycan hökuməti ilə inamlı işgüzar əlaqələrin qurulacağına ümid edir. O bildirib ki, yeni mandata uyğun olaraq Azərbaycanın hökumət və qeyri-hökumət qurumları, yerli hakimiyyət orqanları, universitetlər, elmi-tədqiqat institutları və vətəndaş cəmiyyəti təşkilatları ilə əlaqələri təmin edəcək. A. Şahtaxtinski ATƏT-in özünəməxsus və hərtərəfli təhlükəsizlik konsepsiyasından tam istifadə edərək komandasının üzvləri ilə birlikdə ATƏT-in hər üç meyarı (təhlükəsizlik, insan haqları, iqtisadi-ekoloji məsələlər) üzrə layihələrin icrası üçün təşkilatın prinsip və öhdəliklərini təşviq edəcəyini söyləyib. Xatırladaq ki, ATƏT-in Daimi Şurasının 26 iyul 2013-cü il tarixli qərarına əsasən 1 yanvar 2014-cü il tarixindən etibarən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub. Azərbaycan əsilli Aleksis Şahtaxtinski son təyinatından əvvəl Fransa Xarici İşlər Nazirliyinin Siyasətin Planlaşdırılması Mərkəzində fəaliyyət göstərib və Fransanın Avropa məsələləri üzrə nazirinin xüsusi müşaviri vəzifəsində çalışıb. Avropada təhlükəsizlik üzrə 20 ildən çox təcrübəyə malik peşəkar diplomat, Moskvada NATO İnformasiya Ofisinin rəhbəri, Belarus və Tacikistanda müvəqqəti işlər üzrə vəkil, Krakovda (Polşa) Fransanın baş konsulu vəzifələrində çalışıb. A. Şahtaxtinski həmçinin ATƏT-in Bakı Ofisi rəhbərinin müavini olub.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol