• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistana yeni Konstitusiya lazımdır - Paşinyan

Ermənistana yeni Konstitusiya lazımdır - Paşinyan
05.07.2024 10:13
Ermənistanın yeni Konstitusiyaya ehtiyacı var. Bunu Ermənistanın Baş nazir Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciətində deyib.

Onun sözlərinə görə, Konstitusiya ölkədə həyat qaydaları, hüquq və vəzifələr haqqında vətəndaşların kollektiv müqaviləsidir. O, Konstitusiyadakı "suveren” sözünün Ermənistan xalqının təkcə de-yure deyil, həm də 2018-ci il inqilabından sonra de-fakto suveren olmasına əsaslandığını vurğulayıb.

"Mövcud Konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır, bu gün Ermənistan vətəndaşları mövcud Konstitusiyanın cəmiyyətdə və dövlətdə həyat qaydaları ilə bağlı fikirlərini əks etdirdiyinə inanmırlar”, - Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, əsas problem təkcə Konstitusiyada yazılanlarla deyil, həm də onun qəbul edilməsindədir.
 
Onun sözlərinə görə, Ermənistana xalqın özününkü hesab edəcəyi, dövlət və onunla münasibətlər haqqında fikirlərini əks etdirən yeni Konstitusiya lazımdır.

"Bizə xalqla - onun yaradıcısı ilə üzvi şəkildə bağlı olacaq yeni Konstitusiya lazımdır", - Paşinyan bildirib.

O, həmçinin qeyd edib ki, yeni Konstitusiya məsələsi tez-tez spekulyasiya predmetinə çevrilir.
 
Buna baxmayaraq, baş nazir vurğulayıb ki, ölkədə institusional, psixoloji və fiziki sabitliyin möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək lazımdır.

Baş nazir beynəlxalq səviyyədə tanınmış ərazidə azadlığı, firavanlığı, xoşbəxtliyi və təhlükəsizliyi təmin etmək üçün Ermənistan Respublikasını yaradan "real Ermənistan” xalqının maraqlarını diqqət mərkəzində saxlamağa çağırıb.
 
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, İrəvanla sülh müqaviləsi bağlamaq yolunda əsas maneə Ermənistanın Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarının saxlanmasıdır.

Amma Ermənistan hakimiyyəti əmin edir ki, konstitusiyaya dəyişiklik planları Azərbaycanın tələbləri ilə bağlı deyil.

Ermənistanın hazırkı konstitusiyası 1995-ci ildə qəbul edilib, 2005 və 2015-ci illərdə islahat edilib. 2015-ci ildə edilən düzəlişlərdən sonra ölkə yarı-prezident üsul-idarəsindən parlament idarəetmə formasına keçdi.
 
N.Təbrizli


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol