• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğanın komandası toplaşır: Azərbaycan da müzakirə ediləcək

Ərdoğanın komandası toplaşır: Azərbaycan da müzakirə ediləcək
25.07.2024 09:49
Türkiyənin Milli Təhlükəsizlik Şurası iki aylıq fasilədən sonra bu gün yenidən bir araya gələcək. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclas Beştəpə sarayında baş tutacaq. 

Görüşdə Türkiyənin sərhədyanı terrorla mübarizə əməliyyatları, Suriya ilə normallaşma prosesi, Qəzzadakı müharibə gündəmin əsas mövzuları olacaq. Şimali İraqda PKK hədəflərinin məhv edilməsi üçün həm qurudan, həm də havadan davam edən əməliyyatlar, atılacaq digər addımlar müzakirə olunacaq. Şura üzvləri FETÖ və İŞİD kimi digər terror təşkilatları ilə mübarizədə son vəziyyətlə bağlı məlumat verəcəklər. 
Suriyada daimi sülh və sabitliyin yaradılması və Dəməşq administrasiyası ilə diplomatik əlaqələrin bərpası barədə fikir mübadiləsi aparılacaq. Qəzzada atəşkəsin təmin edilməsi, humanitar yardımların fasiləsiz çatdırılması və digər məsələlər müzakirə olunacaq. 
Məlumata görə, il ərzində keçiriləcək 4-cü iclasda Azərbaycan və Ermənistan arasında sülh prosesinə də yer veriləcək. Kiprdəki hadisələr və Yunanıstanla münasibətlər kimi digər regional və beynəlxalq məsələlər gündəmdə olacaq. 

Türkiyə Prezidentinin milli təhlükəsizlik, hərbi və xarici siyasət məsələlərinin yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri ilə müzakirə etdiyi Milli Təhlükəsizlik Şurasında vitse-prezident, ədliyyə, daxili işlər, xarici işlər və milli müdafiə nazirləri, Baş Qərargah rəisi, quru, dəniz və hava qüvvələrinin komandirləri iştirak edir. Jandarma Baş Komandanı, Sahil Mühafizəsi Komandiri, Milli Kəşfiyyat Təşkilatının Rəhbəri və Prezidentin Kommunikasiya Direktoru mütəmadi toplantılara qatılır. Görüşlərdə Türkiyənin milli təhlükəsizliyinə

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol