Azərbaycan vətəndaşı olan terrorçu Moskvada yaxalanıb

Rusiya polisinin Moskvanın Mişurinski prospektində sənədlərini yoxlamaq üçün yaxınlaşdığı şəxsin İnterpolun axtarışında olduğu bəlli olub. Bu barədə TASS agentliyi məlumat verib.
Bəlli olub ki, Azərbaycan vətəndaşı olan həmin 37 yaşlı şəxs İnterpol kanalları ilə axtarışda olan "Əl-Qaidə”nin törəmə qolu "Cəbhət ən-Nusra” qruplaşmasının silahlısı imiş
O, silahlı qrup yaratmaqda və cinayətkar birlik təşkil etməkdə ittiham olunur. Həmin şəxs 2013-cü ildə Suriyaya gedib və orada terror qruplaşmasının sıralarına qoşulub. Onun həbsinə dair order 2019-cu ildə verilib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























