• $
  • €
  • ₽
  • ₺
  • £

BTQ heç bir ölkənin daxili işlərinə qarışmır - Abbas Abbasov

BTQ heç bir ölkənin daxili işlərinə qarışmır - Abbas Abbasov
29.07.2024 19:44
Təəssüf ki, TF1 televiziya kanalı bir sıra digər Fransa KİV-ləri kimi Azərbaycana, habelə Bakı Təşəbbüs Qrupuna (BTQ) qarşı qərəzli və qeyri-obyektiv reportaj və məqalələr yayır.
 
"Report” xəbər verir ki, bu fikirlər Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasovun Fransanın TF1 kanalında efirə getmiş "Xarici müdaxilələr:
Azərbaycan Fransada sabitliyi necə pozmağa çalışır” adlı reportaja dair şərhində yer alıb.

BTQ direktorunun sözlərinə görə, onlar bu yolla izləyiciləri aldatmaqla məşğuldur:
"Bu, həm də Fransanın kolonializm siyasətinə haqq qazandırmaq, eləcə də Fransadan müstəmləkəçilik siyasətindən əl çəkməyi tələb edən BTQ və digər vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini qaralamağa hesablanıb. Sözügedən video-reportaj xarici müdaxilə bəhanəsi ilə Fransanın kolonizə etdiyi ərazilərdəki beynəlxalq hüquq və fundamental insan hüquqlarının kobud pozuntularını ört basdır etmək cəhdidir”.

Abbas Abbasov, həmçinin bildirib:
"TF1 kanalının redaksiya heyətinə yaxşı bəllidir ki, beynəlxalq qeyri-hökumət təşkilatı olan Bakı Təşəbbüs Qrupu (BTQ) Qoşulmama Hərəkatının 2023-cü ildə Azərbaycanda keçirilmiş nazirlər toplantısı çərçivəsində Fransanın kolonializm siyasətindən əziyyət çəkən xalqların nümayəndələri tərəfindən yaradılıb və təşkilatın İdarə Heyətində məhz Fransa müstəmləkəsindən azad olmağa çalışan xalqların seçdiyi rəsmi şəxslər yer alır.
Əsas missiyası kolonializm və neokolonializm siyasətinin fəsadlarını dünya ictimaiyyətinə çatdırmaq, müstəmləkəçilikdən əziyyət çəkən xalqlara apardıqları ədalətli mübarizədə beynəlxalq hüquq çərçivəsində dəstək göstərilməsindən ibarət olan BTQ-nin bu ay bir illiyi qeyd edilir. Bir il müddətin keçməsinə rəğmən, BTQ tərəfindən BMT-nin qərargahlarında (Nyu-York (2 dəfə), Cenevrə və Vyana), habelə dünyanın müxtəlif ölkələrində 10-dan çox beynəlxalq konfrans təşkil edilib, tədbirlərin yekununda iştirakçılar tərəfindən Fransanın dövlət başçısına, beynəlxalq təşkilatların rəhbər şəxslərinə rəsmi Paris tərəfindən törədilən kolonial və neokolonial cinayətlər haqqında məlumatlar təqdim olunub, müvafiq petisiyalara start verilib.
Bu xüsusda, cari ilin mayında Yeni Kaledoniyada baş vermiş iğtişaşlarda BTQ-nin rolunun vurğulanmasının əvəzinə, Fransa hökumətinin yerli kanak xalqının 2021-ci il referendumunun nəticələrinin ləğvi və səsvermə hüququna malik olan şəxslərin sayının qeyri-qanuni, məqsədli şəkildə çoxaldılmasının dayandırılması ilə bağlı yerli xalqın tələblərinə məhəl qoyulmamasına diqqətin cəlb edilməsi yaxşı olardı.
Bizim mübarizəmiz konkret bir ölkəyə və ya hökumətə qarşı deyil, insanları öz müqəddəratını təyinetmə hüququndan və azadlığından məhrum edən müstəmləkə sisteminə qarşıdır. Biz istismar, təzyiq olmadan qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan beynəlxalq münasibətlərin mümkünlüyünə inanırıq.
BTQ-ni 14 min kilometr uzaqda iş aparmaqda ittiham edən Fransa mediası öz hökumətinə sual verə bilər ki, Fransadan 17 min kilometr uzaqda yerləşən bu ərazilərin bu ölkəyə nə aidiyyəti var?
TF1 telekanalının BTQ-nin fəaliyyətinə qarşı qərəzli mövqeyinin kökündə TF1 Qrupun Ara Aprikiyan kimi erməniəsilli şəxslər tərəfindən idarə olunması faktı durur. Qeyd edək ki, jurnalistika etikasını kobud şəkildə pozmağa vərdiş edən fransız mediası bu dəfə də reportaj hazırlayarkən BTQ ilə əlaqə saxlamayıb, mövqeyimizi sorğu etməyib.
BTQ heç bir ölkənin daxili işlərinə qarışmır və fəaliyyətini beynəlxalq normalar çərçivəsində qurur. Təşkilatımız müstəmləkəçilik siyasətindən zərər çəkən xalqların öz azadlıqlarından və hüquqlarından tam istifadə edə biləcəkləri bir dünya naminə mübarizəni bundan sonra da davam etdirəcəkdir”.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol