• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşüb

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşüb
29.07.2024 20:05
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnkişaf üzrə Əlaqələndirici Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yeop Son ilə görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan və BMT-nin müxtəlif ixtisaslaşmış qurumları arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.
C.Bayramov Azərbaycanın uzun illər BMT, xüsusilə onun ixtisaslaşmış qurumları ilə faydalı əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əməkdaşlıq gündəliyində xüsusi yer tutduğu, Azərbaycanın az sayda ölkələrdən biri kimi dayanıqlı inkişaf gündəliyinin icrası istiqamətində könüllü şəkildə mütəmadi hesabatlar təqdim etməsinin bu istiqamətə verdiyimiz əhəmiyyətin göstəricisi olduğu qeyd olunub. Postmünaqişə dövründə üzləşdiyimiz ən mühüm təhlükəsizlik çağırışlarından biri olan mina təhdidi ilə mübarizədə humanitar minatəmizləmənin 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan olunduğu, eyni problemin bir çox ölkə üçün aktuallığını nəzərə alaraq, bu təşəbbüsün BMT çərçivəsində davamlı olaraq təşviq edildiyi qeyd olunub.

Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə, habelə ətraf mühitin qorunması istiqamətini uzun illərdir təşviq etdiyi, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işlərində yaşıl texnologiyaların, o cümlədən "ağıılı kənd”, "ağıllı şəhər” konsepsiyalarının tətbiqinin bunun göstəricisi olduğu qeyd edilib.
Cari ilin ölkəmizin COP29 sədrliyi ilə əlamətdar olduğunu bildirən C.Bayramov, bu istiqamətdə BMT ilə əməkdaşlığın daha da genişlənməsinin sevindirici hal olduğunu qeyd edib. Qlobal təhdidlərlə mübarizədə göstərdiyimiz bütün səylər kimi COP29 sədrliyimizin də inklüziv və nəticəyönümlü proses olmasına əhəmiyyət verdiyimiz diqqətə çatdırılıb.

Azərbaycanın həmçinin 2026-cı ildə Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcəyi qeyd olunub.
Qarşı tərəf Azərbaycanın COP29 sədrliyinə hazırlıq üçün məhdud vaxtının olmasına baxmayaraq, indiyədək əldə olunan nəticələrin təqdirəlayiq olduğunu vurğulayıb.

BMT-nin Azərbaycanın möhkəm çoxtərəfliliyin təşviqində aktiv iştirakını, habelə innovativ və yaradıcı yanaşma sərgiləməsini alqışladığı diqqətə çatdırılıb. Proses çərçivəsində iqlim dəyişikliyinin regional nəticələri, xüsusilə su ehtiyatları ilə bağlı risklərin diqqət mərkəzində saxlanılmasının vacibliyi qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol