• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyalı ekspert Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını açıqladı

Rusiyalı ekspert Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını açıqladı
07.02.2014 17:38
“Dağlıq Qarabağda müharibənin başlanma ehtimalı çox yüksəkdir”. Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya İctimai Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, hərbi-siyasi ekspert Vladimir Yevseyev deyib. Son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginliyi şərh edən ekspert bildirib ki, regionda hərbi əməliyyatların başlanma ehtimalı var: “Nə Azərbaycan, nə də Ermənistan güzəştə getmək istəyir. 20 ildən artıqdır, münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti də yararsızdır. Keçən il Ukrayna ATƏT-ə sədrliyi dövründə ABŞ-ın dəstəyi ilə problemin həllinə töhfə vermə cəhdi də uğursuz alındı. Bütün bunlar təmas xəttində gərginliyin müntəzəm olaraq artmasına gətirib çıxardı”. V. Yevseyevin fikrincə, Dağlıq Qarabağ konfliktini həll etmək üçün ilk növbədə Cənubi Qafqazda təhlükəsizlik sistemi yaratmaq lazımdır: “Hesab edirəm ki, bu təhlükəsizlik sistemi bloklu olmamalıdır. Cənubi Qafqazda yaradılacaq təhlükəsizlik sistemini əvvəl üç ölkə - Rusiya Türkiyə və İran formalaşdırmalıdır. Bu ölkələr region ölkələrinə müharibəni istisna edən bir neçə format təklif etməlidir. Prinsipcə, bu mümkündür. Baxmayaraq ki, Cənubi Qafqazda təhlükəsizlik sistemini formalaşdıra biləcək ölkələr arasında bəzi anlaşılmazlıqlar (məsələn, İranla Türkiyə arasında Suriya böhranı ilə bağlı) var, yalnız bu ölkələr Dağlıq Qarabağda müharibənin başlanmasının qarşısını ala bilər. Əks halda isə Dağlıq Qarabağda müharibənin başlanması qaçılmaz olacaq”. V. Yevseyev bildirib ki, təmas xəttindəki gərginlik əsasən snayperlərin fəaliyyəti nəticəsində baş verir: “Nəticədə hər iki tərəf itkilər verir. Hətta dinc sakinlərin də öldüyü və ya yaralandığı hallar olur. Nə qədər ki, snayperlər cəbhə xəttindən yığışdırılmayıb, gərginlik daim olacaq. Münaqişənin həlli ilə məşğul olanlar ilk növbədə bu problemi həll etməlidirlər”. “Həmsədrlər regiona səfərləri zamanı Soçi Olimpiadası zamanı tərəflərin atəşkəsə əməl edəcəklərini bildirib. Bu gün isə Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində atəşkəsin pozulduğu və azərbaycanlı hərbçinin erməni snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olduğu barədə məlumat yayıb. Ermənistan tərəfinin ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupuna verdiyi vədi yerinə yetirməməsini necə şərh edərdiniz” sualına hərbi ekspert belə cavab verib: “Ermənistanın Dağlıq Qarabağda olan hərbi qüvvələri rəsmi İrəvanın, daha doğrusu, prezident Serj Sarkisyanın diktəsi ilə hərəkət etmir. Dağlıq Qarabağda yerləşən Ermənistan ordusunun vəziyyəti o qədər acınacaqlıdır ki, onlar belə şəraitdə mərkəzə tabe olmayaraq özləri qərar qəbul edirlər. Belə olan halda hansı atəşkəsdən danışmaq olar?! Ümumiyyətlə, Soçi Olimpiadası dövründə və ya ondan sonra atəşkəs rejimini qorumaq çox çətin olacaq”. V. Yevseyev Rusiya Xarici İşlər Nazirliyinin “Olimpiya atəşkəsi” elan olunması ilə bağlı çağırışına da toxunub. Ekspertin fikrincə, rəsmi Moskvanın “olimpiya atəşkəsi” adlı çağırış etməsi normal haldır. Lakin bu çağırışa münaqişə tərəflərinin qulaq asacağı inandırıcı görünmür: “Çünki tərəflər arasında bir-birindən qisas almaq arzusu var. Bütün bunlar Rusiyanın təşəbbüsünü çətinləşdirir. İnanmıram ki, Rusiya Ermənistanı atəşkəsə əməl etməyə məcbur edə bilsin. Hesab edirəm ki, vəziyyət çox mürəkkəbdir. Əslində, atəşkəsə çağırışla bağlı bəyanat olimpiada başlayanda verilməməli idi. Atəşkəsə əməl olunması üzərində gərgin işləmək, onu təmin etmək lazım idi. Ən azı Olimpiada başlamazdan bir ay əvvəl bu barədə tərəflərə çağırış edilməli idi. Belə bir çağırışın bir dəfə edilməsi kifayət etmir. Bunun üçün münaqişə tərəfləri ilə aktiv işləmək lazımdır. Rəsmi Moskvanın “olimpiya atəşkəsi” çağırışı onun arzusundan başqa bir şey deyil”.  ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol