• $
  • €
  • ₽
  • ₺
  • £

Vladimir Putin Azərbaycana səfəri zamanı Qarabağa gedəcəkmi?

Vladimir Putin Azərbaycana səfəri zamanı Qarabağa gedəcəkmi?
16.08.2024 18:38
Şimal-cənub qaz dəhlizi  məsələsi Rusiya prezidenti Vladimir Putinin avqustun 18-19-da Azərbaycana gözlənilən səfəri zamanı əsas müzakirə məsələsi ola bilər. Bunu Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov  Anews.az-a Rusiya prezidentinin səfərindən nə gözləyirsiz sualına cavabında bildirib. 
 
 

"Rusiya prezidenti  uzun zamandır Azərbaycana səfər etmirdi. Azərbaycan Rusiya ilə qonşu ölkələrdir. Müzakirə üçün xeyli məsələlər var. Düşünürəm ki, ilk növbədə şimal-cənub qaz dəhlizi müzakirə olunacaq. Ümumilikdə bu cür işçi səfərlərin olması gözləniləndir və bu təbii məsələdir”,  - Məmədyarov deyib. 
 
Rusiya prezidentinin Azərbaycana səfər edəcəyi rəsmi Kreml tərəfindən təsdiq edilib. Bu onun son prezident seçkilərindən sonra regiona ilk səfəridir. 
 
Kremlin yayımladığı məlumata görə, Rusiya prezidenti Bakıya dövlət səfəri edəcək. Həmçinin səfərin yekunları üzrə birgə bəyanatın, eləcə də bir sıra sənədlərin imzalanması planlaşdırılır. 
 
Azərbaycan Qarabağı işğaldan azad edəndən sonra Azərbaycana səfər edən bütün prezidentlər işğaldan azad edilən bölgəyə səfər edib. Bəs Putinin Qarabağa gedəcəyini gözləyirsinizmi sualına isə sabiq nazir "hər şey ola bilər" cavabını verib. 
 
Amma siyasi şərhçi Rauf Mİrqədirov hesab edir ki, başqa prezidentlərdən fərqli olaraq Putin Qarabağa səfər etməyəcək.
 

 
"Düşünmürəm belə bir səfər mümkün olar. Ən azı ona görə ki, bu Rusiya ilə Ermənistan arasında münasibətləri  pisləşdirə bilər.  Hələ də Ermənistanda Paşinyanın hakimiyyətdən salınacağına və ona yaxın bir şəxsin ölkə rəhbərliyinə  gələcəyinə ümid edir. Belə bir durumda Rusiya prezidentindən belə bir antiermənistan addımının atılmasını gözləmirəm",  -  Mirqədirov bildirib. 
 
Putinin  səfəri gedişində müzakirə ediləcək məsələlərə gəlincə isə siyasi şərhçi bildirib ki,  Orta dəhliz məsələsi tərəflərin müzakirə edəcəyi əsas məsələlərdən biri olacaq. 
 
"Rusiya Orta dəhlizə beynəlxalq nəzarətin olmasının tərəfdarı deyil. Bu dəhlizin beynəlxalq nəzarətdə olması məsələsi isə indi xüsusi müzakirə olunur. Odur ki, Putin səfər zamanı bu dəhlizin açılmamasını müzakirə etməyə çalışacaq. Həmçinin Rusiya prezidenti Azərbaycan-İsrail arasında yaxın münasibətlərin olmasını nəzərə alaraq Yaxın Şərqdə yaranan durumu  İlham Əliyevlə müzakirə etməyə çalışacaq. Cənub-Şimal dəhlizi məsələsi də müzakirə mövzusu ola bilər. Belə ki, Rusiyanın İranla sərhədi olmadığı üçün İrana silahların daşınması məsələsində Putin Azərbaycandan kömək istəyə bilər",  -  Mirqədirov bildirib. 

Politoloq Fərhad Məmmədovun fikrincə, xüsusilə Rusiya ilə Qərbin qarşıdurması və Ukraynadakı müharibə kontekstində səfər faktının özü artıq böyük maraq doğurur. 
 


"Azərbaycanın bu məsələdə kompleksi yoxdur, rəsmi Bakının mövqeyi sabit və ardıcıldır və bu həm Moskvada, həm də Kiyevdə qəbul edilir. Ukraynadakı müharibədən əvvəl Bakı Rusiya və ABŞ/NATO hərbçilərinin görüşlərinin keçirildiyi məkan olub. Bəli, indiki şəraitdə dialoqdan danışmaq yersizdir, lakin cəbhədəki hazırkı hərəkətlər ilin sonuna qədər gözlənilən danışıqlarda mövqeləri gücləndirmək cəhdləri kimi qiymətləndirilməlidir",  -  Məmmədov öz teleqram kanalında qeyd edib. 

Putinin Qarabağa səfərinə gəlincə isə, politoloq əmindir ki, bu səfər "ən azı vaxt azlığı səbəbindən " baş tutmayacaq. 

"Putin Azərbaycana iki günə gəlir. Avqustun 18-i axşam gəlib avqustun 19-da geri dönəcək. Bu vaxt kəsiyində onun Qarabağa səfər etməsi fiziki olaraq mümkün görünmür",  -  Məmmədov əlavə edib. 
 
Politoloq Tural İsmayılov  hesab edir ki, Putinin Azərbaycana səfərində əməkdaşlığın yeni modelləri müzakirə oluna bilər.
 

 
"Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlər hər il daha da artır. Təkcə  son bir ildə Azərbaycan Rusiya hökumətlərarası komissiyalarının iclasları bir neçə dəfə keçirilib. Bu konteksdə Putinin Azərbaycana səfərində yeni əməkdaşlıq modellərinin inkişaf perspektləri müzakirə oluna bilər. Eyni zamanda bağlı qapılar arxasında bölgə, eləcə də dünyada baş verən hadisələrlə bağlı bəzi məsələlər müzakirə edilsin",  -  İsmaylov deyib. 
 
Siyasi Menecment İnstitunun rəhbəri Azər Qasımlı isə daha çox Putinin Azərbaycana səfəri faktının ölkənin imicinə  göstərə biləcəyi mənfi təsirə diqqət çəkib. 
 


"Hazırda Putin dünya tərəfindən mənfi bir obraz kimi qəbul olunub. Roma statusuna qoşulan ölkələrə getdiyi halda o  həbs edilib tribunala təqdim olunmalıdır. Hətta Ermənistan bu statusa qoşuub. Putin hətta Cənubi Afrika Respublikası və Türkiyəyə planladığı səfəri  təxirə salıb. Onun Azərbaycana gəlişi ölkəmizin özünü Rusiyanın müttəfiqi hesab etməsinə sübut kimi görünə bilər. Bu isə Azərbaycanın xeyrinə deyil",  - Qasımov deyib. 

Rəsmi məlumata görə, Putin Azərbaycana bazar günü axşam gələcək. Onun əsas görüşlərinin isə bazar ertəsi olacağı planlaşdırılıb və elə həmin gün axşam Rusiya prezidenti öz ölkəsinə dönəcək. 
 
Gülnar Nazımqızı
N.Təbrizli
 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol