• $
  • €
  • ₽
  • ₺
  • £

Bayramov iranlı həmkarı ilə danışıb

Bayramov iranlı həmkarı ilə danışıb
25.08.2024 19:58
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi arasında telefon danışığı olub. Bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.

Nazir Ceyhun Bayramov iranlı həmkarını yeni vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Ceyhun Bayramov İran İslam Respublikası ilə dostluq və mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək istəyinə toxunub, yeni dövrdə Tehran və Bakı arasında əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Araqçi azərbaycanlı həmkarına təşəkkür edib, Azərbaycan Respublikası ilə qarşılıqlı faydaya əsaslanan dostluq əlaqələrinin inkişaf etdirilməsini İran İslam Respublikasının xarici siyasətinin prioritetlərindən biri adlandırıb və mövcud tərəflərin imkanlarından daha çox istifadə edilməsinin vacibliyini vurğulayıb.

Tərəflər həmçinin Qafqaz regionunda baş verən hadisələri, eləcə də bəzi beynəlxalq məsələlərin araşdırılmasını müzakirə ediblər.
Nazirlər qarşılıqlı olaraq bir-birini paytaxtlara səfərə dəvət edib.
Tərəflər yüksək səviyyəli nümayəndə heyətlərinin mübadiləsini və iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələri davam etdirməyin vacibliyini vurğulayıblar

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol