Ermənistanda referendum bu tarixdə keçiriləcək

Ermənistanda 2027-ci il referendum keçirilməsi gözlənilir. Bunu ölkənin ədliyyə naziri Qriqor Minasyan deyib.
"Biz o mürəkkəb sənəd üzərində ətraflı, ictimai müzakirələrlə, həmçinin bütün mütəxəssislərlə işləyəcəyik”, - nazir bildirib.
Konstitusiya islahatı komissiyasının növbəti iclası isə sentyabrın 5-də baş tutacaq.
Bundan əvvəl Azərbaycan Preizdenti İlham Əliyev söyləyib ki, sülh sazişi imzalamaq üçün Ermənistan konstitusiyasını dəyişməli və əsas qanundan 1990-cı ildə qəbul edilmiş Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadı çıxarmalıdır.
Bundan öncə Ermənistanda bir neçə siyasi partiya ölkənin baş naziri Nikol Paşinyana müraciət edərək Avropa İttifaqına daxil olmaq üçün referendum keçirilməsini istəyiblər.
Son zamanlar Ermənistanın Rusiya ilə münasibətlərinin pozulması qismində Ermənistan Avropa ilə münasibətləri daha da sıxlaşıdırıb.
Son zamanlar Ermənistanın Rusiya ilə münasibətlərinin pozulması qismində Ermənistan Avropa ilə münasibətləri daha da sıxlaşıdırıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























