• $
  • €
  • ₽
  • ₺
  • £

Arizona ştatında 20 Yanvar faciəsinə dair bəyanat - FOTO

Arizona ştatında 20 Yanvar faciəsinə dair bəyanat - FOTO
06.02.2014 11:15
ABŞ-ın Arizona ştatının Senatı 1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhid olmuş Vidadi Üzeyir oğlu Məmmədovun vəfatının 24-cü ildönümü ilə əlaqədar bəyanat verib.Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, Senatın sədri Əndi Biqs tərəfindən imzalanmış bəyanatın müəllifi Senatın Təxsisatlar Komitəsinin sədri Don Şuterdir. Qeyd edək ki, 2013-cü ilin noyabr ayında Azərbaycana etdiyi səfər çərçivəsində senator Don Şuter V.Məmmədovun qardaşı ilə Şamaxı şəhərində görüşüb və Qara Yanvar faciəsi barədə ondan ətraflı məlumat alıb. Bəyanatda deyilir ki, Azərbaycanın müstəqillik hərəkatını boğmaq məqsədilə 1990-cı ilin 20 Yanvar tarixində sovet qoşunları Bakını işğal edərkən bu hərəkatda iştirak edən V.Məmmədov həlak olub. Qeyd olunur ki, bir çox digər qəhrəmanlar kimi, V.Məmmədov da öz həyatını azadlıq uğrunda qurban verib: “Arizona Senatı və Arizona ştatının əhalisi Azərbaycan xalqının azadlıq ideallarını paylaşır və Vidadi Məmmədov, eləcə də Azərbaycanın digər azadlıqsevər vətənpərvərlərinin öz həyatları bahasına verdikləri qurbanları hörmətlə xatırlayır”. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol