• $
  • €
  • ₽
  • ₺
  • £

ATƏT-in DTİHB son parlament seçkilərini tənqid edib - VİDEO

ATƏT-in  DTİHB son parlament seçkilərini tənqid edib - VİDEO
02.09.2024 17:32
Azərbaycanda növbədənkənar parlament seçkiləri seçicilərə siyasi alternativlər təklif etməyib və əsas azadlıqların və kütləvi informasiya vasitələrinin həddən artıq məhdudlaşdırılması şəraitində keçirilib. Bunu ATƏT-in  Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT Parlament Assambleyası beynəlxalq müşahidəçilərinin sentyabrın 1-də Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin yekunlarına dair birgə bəyanatında bildirilib. 

"Seçki qanunvericiliyi son parlament seçkilərindən bəri dəyişməz qalıb, tövsiyələr nəzərə alınmayıb, siyasi partiyalara qoyulan yeni tələblər onların qeydiyyatı üçün əlavə məhdudiyyətlər yaradıb. Bu seçkilər siyasi plüralizmin olmadığı məhdud siyasi və hüquqi mühitdə keçirilib ki, bu da seçki prosesinə xələl gətiib", - ATƏT-in qısamüddətli müşahidə missiyasının  rəhbəri və koordinatoru Maykl Krid deyib.

O həmçinin bildirib ki, hakim partiya üzvlərinin seçki komissiyalarında üstünlük təşkil etməsi və müstəqil yerli müşahidəçilərin girişinə qoyulan məhdudiyyətlər demokratik seçkilərin əsasını təşkil edən şəffaflıq prinsiplərinə ziddir. 

Seçkilərdə iştirak etmək üçün 6,4 milyon seçici qeydə alınıb. Bu, seçki yaşına çatmış vətəndaşların sayından təxminən 1,2 milyon azdır və bu, seçici reyestri məlumatlarının dəqiqliyinə dair suallar yaradır.

Seçkilərdə yeganə pozitiv hal avropalı müşahidəçilərin fikrincə, qadın namizədlərin əvvəlki seçkilərdən daha çox olması olub. 
 
"Həqiqi seçim və iştirakın olmaması əhali arasında ümumi siyasi apatiyaya səbəb olub", - ATƏT Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri Lüsi Potuçkova deyib.
 
"KİV-in işində məhdudiyyətlərin həyəcanlı tendensiyası, qeyri-hökumət təşkilatlarına təzyiqlər, o cümlədən özbaşına həbslər siyasi diskursu pozur. Mühüm islahatlar və dəyişikliklər olmasa, bu problemlər ölkədə demokratiyaya və qanunun aliliyinə xələl gətirməyə davam edəcək", - o deyib.

Qanun mülki və beynəlxalq müşahidəçilərin seçkiləri  müşahidə etməsinə icazə versə də, mülki müşahidəçilərin böyük əksəriyyəti hakim partiya tərəfindən təyin edilib ki,  bu da müstəqil müşahidəçilərin seçki prosesinə girişini məhdudlaşdırıb. Eyni zamanda, tanınmış mülki müşahidəçi qrupları qeydiyyata alınmayıb və maliyyədən məhrum edilib, bəzi görkəmli üzvlər isə həbsdədir.

"Təəssüf ki, bu seçkilərdə əsl siyasi plüralizm yox idi, çoxsaylı namizədlər ciddi maneələrlə üzləşdilər, seçki komissiyaları bir çox mülki müşahidəçinin işini mümkünsüz etdi" , -  ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri Ditmir Buşati bildirib. 
 
"Prosesin effektivliyinə baxmayaraq, bu vəziyyət seçkilərin demokratik standartlara uyğun keçirilməsinə imkan verməyib", - o əlavə edib.

Azərbaycanda növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün beynəlxalq missiyada  34 ölkədən 279 müşahidəçi olub. Müşahidəçilərin tərkibinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun göndərdiyi 225 ekspert, eləcə də uzunmüddətli və qısamüddətli müşahidəçilər və ATƏT Parlament Assambleyasının 54 müşahidəçisi daxildir.
 
Gülnar Nazimqızı
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol