• $
  • €
  • ₽
  • ₺
  • £

MTN-dən casusluq edən erməninin ifşa olunma xəbərinə MÜNASİBƏT

MTN-dən casusluq edən erməninin ifşa olunma xəbərinə MÜNASİBƏT
05.02.2014 15:32
 Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycana casusluq edən ölkə vətəndaşını ifşa etdiyini açıqlayıb.APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, həyata keçirilən operativ-istintaq tədbirləri nəticəsində yanvarın 31-də Ermənistan Polisinin sabiq əməkdaşı, İrəvan şəhər sakini, 60 yaşlı Xaçik Yeğişeviç Martirosyan saxlanılıb.    Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin açıqlamasına görə, X. Martirosyan maddi qazanc əldə etmək məqsədilə 2013-cü ilin avqustunda öz təşəbbüsü ilə Azərbaycanın Gürcüstandakı səfirliyinə üz tutaraq səfirliyin patronajlığı altında fəaliyyət göstərən Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqə qurub və öz xidmətlərini təklif edib. O, Azərbaycan tərəfindən hərbi xarakterli informasiyalar ötürmək tapşırığı alıb və bu istiqamətdə müəyyən addımlar atıb. X. Martirosyan aldığı informasiyaları Azərbaycan tərəfinə ötürməyə cəhd etsə də, onun bu əməlinin qarşısı alınıb. Ermənistan MTX tərəfindən fakt üzrə cinayət işi qaldırılıb, istintaq aparılır. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən isə APA-ya bu məlumatı təkzib ediblər. “Bizə belə bir adam məlum deyil”, - deyə Mərkəzdən bildirilib. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol