• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya ölkələrinin hərbi xərclərə görə reytinqi - SİYAHI

Dünya ölkələrinin hərbi xərclərə görə reytinqi - SİYAHI
04.02.2014 21:04
Dünya ölkələrinin hərbi xərclərə görə reytinq cədvəli hazırlanıb.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “IHS Jane’s Annual Defence Budgets Review” tərəfindən tərtib olunan reytinqin ilk üçlüyündə ABŞ, Çin və Rusiya qərarlaşıb. 2013-cü il üçün hərbi xərclərə ayrılan vəsaitə görə dünya ölkələrinin reytinq cədvəlində ilk yeri ABŞ tutur. Birləşmiş Ştatların hərbi büdcəsi 585,4 mlrd. dollar olub. İkinci yerdə 139,2 mlrd. dollarla Çin, üçüncü yerdə 68,8 mlrd. dollarla Rusiya, dördüncü yerdə 58,8 mlrd. dollarla Böyük Britaniya, beşinci yerdə 56,8 mlrd. dollarla Yaponiya, altıncı yerdə 53 mlrd. dollarla Fransa gəlir. Sonrakı yerləri Hindistan (46,1 mlrd. dollar), Almaniya (44,6 mlrd. dollar), Səudiyyə Ərəbistanı (42,8 mlrd. dollar), Cənubi Koreya (31,5 mlrd. dollar), Braziliya (29,5 mlrd. dollar), Avstraliya (29,5 mlrd. dollar), İtaliya (27,7 mlrd. dollar) Türkiyə (20,6 mlrd. dollar), Kanada (19,6 mlrd. dollar), Tayvan (14,8 mlrd. dollar), İspaniya (13,1 mlrd. dollar), Kolumbiya (13,1 mlrd. dollar), İsrail (12,09 mlrd. dollar) və Əlcəzair (10,7 mlrd. dollar) tutur. Rusiyanın hərbi büdcəsi 2013-cü il üçün 68,8 mlrd. ABŞ dolları təşkil edib. “IHS Jane’s Aerospace, Defence & Security”nin analitiki Kreyq Kafri Rusiya Dövlət Duması tərəfindən qəbul olunan plana əsasən 2013-cü ilin hərbi büdcəsinin 69 mlrd. dollar olduğunu, 2016-cı ilə qədər isə hərbi büdcənin 98 mlrd. dollara çatdırılacağını bildirib: “Bu plan Rusiyanı dünya sıralamasında üçüncü pilləyə qaldırıb. 2013-cü il üçün Rusiyanın hərbi büdcəsi ümumi büdcənin 15,7%-ni təşkil edib. 2016-cı ilə qədər bu göstərici 20,6% olacaq. 2015-ci ilə qədər Rusiya ilə Çinin ümumilikdə hərbi xərcləri Avropa Birliyinin 28 ölkəsinin xərclərindən çox olacaq”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol