• $
  • €
  • ₽
  • ₺
  • £

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb
23.09.2024 18:48
Bəzi xarici qüvvələrin təhriki ilə Ermənistandakı revanşist qüvvələr və erməni diasporu "Dağlıq Qarabağ məsələsi”nin guya həll edilmədiyinə, hələ də açıq qaldığına dair kampaniyalarını intensivləşdiriblər.Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatından bildirilir.

"Bu yanaşma, eləcə də Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünə təhdid törədən həmin elementlərə qarşı hərəkətsizliyi, sürətlə silahlanması, konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmaqdan imtina etməsi ciddi narahatlıq doğurur.
Bu baxımdan, qətiyyətlə xatırlatmaq istəyirik ki, "Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini birdəfəlik bərpa edib və bu, əbədidir və dönməzdir. Əslində, həll olunmamış məsələ, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri qayıtmalarıdır. Hələ açıq qalan məsələ məhz Qərbi Azərbaycana qayıdış məsələsidir. Qərbi Azərbaycan İcması bu yolda öz səylərini ardıcıl şəkildə davam etdirəcək.
Biz Ermənistan hökumətindən və məlum revanşist dairələrdən bu təhlükəli yoldan əl çəkməyi tələb edirik” - bəyanatda bildirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol